Erməni təbliğatlı uydurmalar millətimizə aid edilə bilməz

 

Əkrəm Əylislinin milli mədəniyyətimizə vurduğu ləkələr hələ onun "Əylisdən Əylisə" ktabında da  açıq şəkildə səslənirdi. "Erməni öldürən vəhşi əylisli obrazı" 2004-cü ildə də geniş mübahisələrə səbəb oldu. 2006-cı ildə Culfa rayon mərkəzində bunları ona irad kimi bildirib: "Siz erməni dəyirmanına su tökürsünüz", - deyəndə, "Onlar da bir xalqdır, yazdıqlarım isə ədəbi düşüncədir, təxəyyül məhsuludur" cavabını aldım. İstənilən qədər dövlət mükafatları almış bu siyasi oyunbazla mübahisəm mənasız olduE

Bu gün milli xəyanətin nümunəsi olan "Daş yuxular", təbii ki, "Drujba narodov" jurnalında çıxmalı idi. Çünki son dövrlər Azərbaycan xalqına qədim mənşəyini, dilini, ərazisini təhrif edən yazılar məhz "Drujba narodov", "Drujba-Dostani", "Yazıki mira" və Dərbənddə yaradılmış "Yujdaq" kimi üzdəniraq "elmi mərkəzlərdə" (bildiyimiz hələlik bunlardır) işıq üzü görür. Bu mərkəzlərdə Azərbaycan torpaqları uğrunda səlib yürüşləri mübarizələri gedir, torpaqlarımız müxtəlif xristianxristianlar tərəfindən himayə olunan azlıqda olan digər xalqlara sırınır, tarix tamamilə təhrif olunur. Yəqin ki, çox çəkmədən sifarişlərə xidmət edən Ə.Əylisli digər dillərdə də bu yönlü yazılara imza atacaq. Biz onun bu millətdən olmadığına qəti əminik və bunu onun yazıları da sübut edir.

Kitabdakı "Azadlıq", "Qarabağı buraxın", "Sən ermənisən və ölməlisən, bitdi", "Arxlardan erməni qanı axırdı", "Hər küçə bir kilsə adı, bir məhəllə adı idi" kimi erməni təbliğatlı uydurmalar MƏNİM MİLLƏTİMƏ aid edilə bilməz. Çünki 1813-1828-ci illərə qədər 4.100 min kvadrat kilometrlə sərhədlənən Bütöv Azərbaycan torpaqlarını ələ keçirmək iddialı rus-erməni siyasətində "Qarabağa azadlıq", "harada türk gördünsə öldür", "türkün qanı halaldır" kimi ifadələr yer almışdır. Bu çağırışların ermənilərə məxsusluğunu tarixi sənədlər bu gün də belə qorumaqdadır. Təkcə 1920-ci illərin hadisələrində Naxçıvan, Quba, Dərələyəz, Vedi, İrəvan və s. Azərbaycan ərazilərində 25 mindən yuxarı soydaşımızın soyqırımı da buna sübutdur. Bu vəhşi xislət erməniyə - Əylisli Əkrəm kökünə xasdır. Yəqin ki, erməni havasına oynayan müəllif 1828-1890-cı illərdən başlayaraq bu günə qədər xristian siyasi oyununda təkcə Naxçıvanın mahallarından itirdiyimiz Vedi - 59 kənd, Ağcaqala - 64 kənd, Karni - 62 kənd, Bazarçayı - 13 kənd, Məvaziyi-Xatun - 11 kənd, Abaran - 53 kənd, Şurabxan - 15 kənd, Talin - 21 kənd, Abnik - 43 kənd, Zar - 26 kənd, Zebil - 31 kənd, Sisyan - 34 kəndlə birlikdə 431 yaşayış məntəqəsinin boşaldılması Azərbaycan vəhşiliyi deyil, erməni vəhşiliyinin tarixi sübutudur. İrəvan xanlığında  853 kəndin adının dəyişdirilməsi, 254 kəndin tamamilə məhv edilməsi  üst-üstə 1109 kəndin ərazidən zorla qoparılması və bu gün itirdiyimiz kəndlərin 2150-ni ötməsini Əkrəm Əylislinin görməməsi ermənilərdən aldığı mükafatın çoxluğundan irəli gəlir. 1849-cu il 9 iyun tarixdə zorla yaradılan 9 min kv. km-lik "Erməni vilayəti"nin 29,8 min kv. km-ə çatdırılması da bu vəhşiliyin tarixi sübutu deyilmi? Rus yazıçıları mənbələrə əsasən 1918-1930-cu illər bolşevizmin siyasəti nəticəsində Naxçıvan əhalisinin üç payının daşnak qətliamından qırıldığını, minlərlə kəndin yandırılaraq tamamilə dağıdıldığını, bu ərazinin tarixsizləşdirildiyini göstərirlər.

Bütün bunları görməzlikdən gəlib Əylis kəndini az qala ermənilərin beşiyi səviyyəsində, əhalinin hamısını ucdantutma dəli və vəhşi kimi təqdim edən "Daş yuxular" doğrudanmı bu millətin nümayəndəsinin yazısıdır? Yox!

Ə.Əylisli kitabında Sadayı xəyalən Mesopotamiyadan, Eçmiədzindən Əylisədək "erməni kilsələrində" gəzdirir, təkcə bu kənddə az qala 10 kilsə göstərir.  1823- ildə əraziyə zorla 140 min erməni köçürülürsə və onlar dilənçi kökündə səfalətdə yaşayırsa, təkcə Əylisdə 10 kilsə hansı pul ilə tikilir? Yoxsa Azərbaycan xalqının hesabına əyni-başı paltar görmüş Əkrəmin "babaları" bunları tikmişlər? Müəllifdən soruşmaq istərdik ki, çox sevdiyin Parsamyan, Manandyan, Kapansyan kimi "elm adamları" özlərinin Frakiyadan Het əyaləti Hayasaya gəlib "hayasa" adlandıqlarını, oradan bulqar türk boylarının Ərmən qoluna məxsus Ərmən yaylasına adlayıb "erməni" olduqlarını, daha sonra "briq" adlandıqlarını yazırlarsa, bu, assimilyasiya deyilmi? Kölə olan xalqı qədim türklərin məskəni olan Mesopotamiyanın yuxarı ərazilərinə zorla aparmaqda məqsədin nədir? Bu həqiqətləri M.Xorenli də açıq yazırsa, sən hansı tarixi faktlarla sevdiklərinin üzünə olub onları yalançı çıxarmaq istəyirsən?

"Daş yuxular" sayıqlamalarında Əkrəm Əylisli Abbasəli həkimin dilindən Eçmiədzin kilsəsini Əylisin yanında burnu sulu uşaq hesab edir. Burada Əkrəm Əylislinin nə məqsəd güddüyünü deyə bilmərəm, ancaq bir onu deyə bilərəm ki, bu müqayisə, əlbəttə, doğru deyil. Tarixi qaynaqlar Eçmiədzin kilsəsində erməni qızları, arvadlarının "nələr" etdiyini geniş şərh edir. Əylis isə qədim türk- Azərbaycan yurdudurburada əhali türk mədəniyyətində əsl Ər-KİŞİ və əsl Xanım-HƏYAT YOLDAŞIDIR. Əlbəttə, bu fərq heç bir müqayisəyə gəlməz.

Bundan sonra Sadayın Bakıdakı "erməni qırğınlarından" sayıqladığı da kitabda əsas ideyalardan biridir. Öz kökünə tüpürən (oxuculardan üzr istəyirəm), özgə qabından yallanan Əkrəm Əylisli vicdanı İrəvan xanlığı ərazisində trubalara doldurulub qaynaq edilərək öldürülən, diri-diri yandırılan uşaqların fəryadı altında rəqs eləyən tayfa toluğunu da nəzərə alsaydı nə olardı? Əlbəttə, onda Əkrəm Əylisli OLMAZDI. Təkcə onu deyə bilərəm ki, BU BÖHTANLARI YAZMAQ ÜÇÜN ŞEYTAN BELƏ ƏLİNƏ QƏLƏM ALSAYDI, XƏCALƏT ÇƏKƏRDİ. Lakin Əkrəm Əylisli bütün Əylis camaatının hər birini ələ salmaqla erməni qızı Anikoya  Mirəli kişini kilsə təmizləyən təhkim edir, Əylisin hər bir vətəndaşına "Pesmis Qulu, Çaqqal Abdulla, Mırıq Müzəffər, Qaban Qulam" kimi ayama qoşur, nə bu torpaqdan, nə yediyi çörəkdən, nə də udduğu hava, içdiyi sudan utanmır, xəcalət çəkmir.

Erməni əxlaqsızlığını 75 yaşlı Zöhrə arvada sırımaqla ona böhtan atan yazıçı  öz əxlaqını görəsən neçəyə ermənilərə satmışdır? Axı o, yaxşı bilir ki, bizim "Dədə Qorqud" kitabımızda ta qədimdən günümüzədək qadınlarımız kimsəyə əyilmir, əri ilə bərabər döyüşlərə girir, itiyini axtarmağa gedəndə qılıncına qurşanır, düşmənlə üzləşəndə qılıncına doğranır. Bütün bunları bilə-bilə artıq nuranilik, pərilik dövrünü yaşayan 75 yaşlı Zöhrə nənəyə böhtan atır, xəcalət çəkmədən onun dilindən "Gedim İrəvana Ayqanuşun yanına, qalan "müsəlmanlığımı" itirim" ifadəsini Əkrəm Əylisli necə işlədə bilir? Bəlkə öz  əxlaqı baxımından bunları yaza bilir? Bu hiss onun erməni xislətini bir daha ortalığa çıxarmırmı? İnsan yaşamadığını, bilmədiyini yaza bilməz. Görünür, Əkrəm Əylisli bütün əxlaqı ilə Ayqanuşlarla öz müsəlmanlığını çoxdan itirib...

Biz bəzən bu millətin qeyri millətlərlə ailə qurduğunun şahidi oluruq. Ancaq əsl Azərbaycan-türk qızı, demək olar ki, qeyriləri ilə ailə qurmur. Ermənilərin "öz qızlarını rus çinovniklərinin altına palaz kimi"  sərdikləri xeyli sayda kitab və tarixi sənədlərdə göstərilir. Əkrəm Əylisli xisləti bunu da azərbaycanlılara sırımağı  olmayan şərəfinə sığışdıra bilib.

 8 min illik tarixi olan bütün yer-yurd adlarımızı da ermənilərə satan "yazıçı" hazırda ermənilər tərəfindən sürətlə dəyişdirilən 3 minə qədər təkcə məntəqə adlarının dəyişdirilmə səbəbindən nə danışır, nə də bu vəhşiliyi görmək istəyir. Çünki bütün bu yazıların müqabilində əmiuşaqlarından aldıqları onun gözlərini bağlamaqla bərabər, vicdanını da iflic edib. "Nobel" mükafatına vicdansız da getmək olar, təki Əkrəm Əylisli ol, yetər!

 

 

Firudin RZAYEV,

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Naxçıvan Bölməsinin İncəsənət,

 Dil və Ədəbiyyat İnstitutunun direktor

Müavini

 

Azərbaycan.-2013.- 8 fevral.- S.6.