Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin fevralın 8-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçi xanımı Dragitsa Nikoliçi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Serbiya Respublikasının Prezidentinə raport verdi.

Serbiyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Tomislav Nikoliçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər xanımları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.2.