Şəhidlərin xatirəsinə ehtiram

 

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 8-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Prezidenti Tomislav Nikoliç və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən Azərbaycanın qəhrəman övladlarının məzarlarını ziyarət etdilər.

Serbiya dövlətinin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Tomislav Nikoliç Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.5.