«Azərbaycanın vergi sistemi: reallıqlar perspektivlər» mövzusunda II Vergi Forumu keçirilmişdir

 

Forumda dövlət orqanlarının, Milli Məclisin, Avropa İttifaqının, Dünya Bankının, Iqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Bakıda akkreditə olunmuş səfirliklərin, ABŞ, Belçika Türkiyədən gəlmiş tanınmış iqtisadçıların, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin kütləvi informasiya vasitələrinin nümayəndələri adamları iştirak etmişlər.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm bir addım olduğunu bildirmişdir. Forumda çıxış edən vergilər naziri Fazil Məmmədov tədbir iştirakçılarına tədbirin məqsədləri barədə məlumat verərək bildirmişdir ki, bu ilki forum ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir. Ulu öndərin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu, vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, vergi siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, vergi inzibatçılığının müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edilmişdir.

Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə danışan nazir vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslərin əsasən elektronlaşdırıldığını sahibkarların vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bildiklərini qeyd etmişdir. Bildirmişdir ki, elektron hökumət çərçivəsində təqdim edilən elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi öndə olan dövlət orqanıdır. Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılmışdır ki, onların da 46-sı artıq tətbiq olunur, qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir.

2012-ci ilin ölkə başçısı tərəfindən "İKT ili" elan olunduğunu xatırladan Fazil Məmmədov fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin kosmosa  çıxarıldığını Prezident İlham Əliyevin bu prosesi xanımı Mehriban Əliyeva ilə birlikdə canlı izlədiyini, peyk orbitə çıxarıldıqdan dərhal sonra tarixi hadisə münasibətilə Azərbaycan xalqını təbrik etdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır.

Nazir onu da vurğulamışdır ki, vergi xidməti son illər əsaslı modernizasiya prosesindən keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmişdir. Ölkənin yeni inkişaf xəttinə çıxdığı bir dönəmdə vergi orqanları qarşısında duran vəzifələrə toxunan F.Məmmədov qeyd etmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyənləşdirmişdir. Çünki dünyada baş verən qlobal tendensiyalar beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir.

Nazir yaxın gələcək üçün vergi xidmətinin əsas inkişaf istiqamətləri kimi müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları, nağdsız ödənişlərin stimullaşdırılması əmək münasibətlərinin leqallaşdırılaraq əmək müqavilələrinin bağlanması hesabına vergi bazasının genişləndirilməsini xüsusi olaraq vurğulamışdır.

Forumun birinci hissəsində Vergilər Nazirliyinin Vergi Siyasəti Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev "Azərbaycanın vergi qanunvericiliyi onun təkmilləşdirilməsi istiqamətləri", iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova "Qeyri-neft sektorunun inkişafı vergi siyasəti", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia "Vergi islahatları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı", İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti İdarəetmə Mərkəzinin direktor müavini Grace Perez-Navarro "Beynəlxalq vergi rəqabətlilik", Türkiyənin Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli "Vergi əməletmə xərcləri (vergilərin psixoloji təhlili)", ABŞ-ın Ceorgia Dövlət Universitetinin professoru Tad D.Ransofer "Transfert qiymətlərinə tələblər", "PricewaterhouseCoopers" şirkətinin partnyoru Mövlan Paşayev "Azərbaycanın vergi sistemində aparılan islahatların ölkənin "Paying Taxes" reytinqində mövqeyinə təsiri, "Holcim-Azərbaycan" şirkətinin baş maliyyə direktoru, (AMCHAM) Oliver Vilke "İctimai özəl sektorun dialoqu vergi siyasəti təşəbbüslərinin dərinləşdirilməsi vasitəsi kimi: biznes assosiasiyalarının rolu" mövzularında təqdimatlarla çıxış etmişlər.

Forumun ikinci iclasında isə vergilər nazirinin müşaviri Asəf Əsədovun "Azərbaycanda elektron vergi sisteminin yaradılması", Beynəlxalq Vergi İnvestisiya Mərkəzinin prezidenti Daniel Vittin "Vergi iqtisadi islatahtlar. Azərbaycan xalqı üçün tərəqqi", Belçikanın "Ecomod Network" şirkətinin prezidenti, professor Ali Bayarın "Neft hasil edən ölkələrdə vergitutma", "Deloitte & Touche" şirkətinin partnyoru Nuran Kərimovun "Elektron vergi auditinin hüquqi tənzimlənməsi", Avropadaxili Vergi Administrasiyaları Təşkilatının eksperti Anne Paavonahonun "ƏVD fırıldaqçılığı ilə mübarizə", Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun "Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi vergi ödəyicilərinə xidmətin əsas hədəfidir", Sahibkarlığın Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırovun "Əmək müqavilələrinin leqallaşmasının sosial-iqtisadi problemləri", Milli QHT Forumunun prezidenti Rauf Zeyninin "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında dövlət qurumları QHT-lərin əməkdaşlığının rolu" mövzularında çıxışları dinlənilmişdir.

İclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etmişlər.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.-2013.- 9 fevral.- S.7.