Əkrəm Naibovu ermənilərə naib, nökər olmağa vadar edən hansı hisslər, hansı duyğulardır?!

 

Musiqili Komediya Teatrının kollektivinin bəyanatı

 

 Ölkə ictimayyətinin böyük narahatlığına və qəzəbinə səbəb olan hadisəyə - Əkrəm Naibovun "Daş yuxular" əsərinə Musiqili Komediya Teatrının kollektivi olaraq bizöz kəskin etirazımızı bildiririk. Əkrəm Naibov bu əsəri yazmaqla yaradıcı adamın bəşəri olduğunu, azad sözə, demokratik fikrə sahib olduğunu dünyaya göstərmək iddiasına düşüb. Lakin yaşı 75-i ötmüş bu qələm sahibi başa düşməli idi ki, bəşəri olmaq öz xalqının mənəvi dəyərlərinin üstündən xətt çəkmək, məxsus olduğu xalqın üstünə şər, böhtan dolu çirkab atmaq, onu təhqir etmək, aşağılamaq, tarixini təhrif etmək deyil.

Bəşəri olmağın yolu Vətənə, Millətə, Dövlətə xəyanətdən keçmir. Bəşəri olmaq humanist bir xalqın ünvanına hədyanlar, yalanlar söyləmək deyil, onu digər millətlərin gözündə vəhşi, qaniçən kimi təsvir etmək də deyil. Bəşəri olmaq həqiqəti danmaq yox, onu bütün reallığı ilə göstərmək, yaşanan tarixin gizlədilən tərəflərini üzə çıxartmaq, onu ciddi dəlillərlə, sanballı, inandırıcı sübutlarla ortaya qoymaq deməkdir. Əkrəm Naibova Azərbaycan xalqının kin və qəzəbini dərk etmək üçün bu əsəri səbrlə oxumaq, hər cümləsində, hər kəlməsində məxsus olduğu torpağa, onun insanlarına asi olan bir nankorun əsl məqsədini anlamaq o qədər də asan deyil. Axı bir yazıçıya verilə biləcək bütün mükafatlara, fəxri adlara, hörmət və izzətə yiyələnmiş Əkrəm Naibovu ermənilərə naib, nökər olmağa vadar edən hansı hisslər, hansı duyğulardır?!

Biz, sənət adamları şöhrətin, hörmətin, alqışın, ümumxalq sevgisininolduğunu yaxşı bildiyimizdən ondan soruşmaq istəyirik: axı sənin nəyin çatmırdı, Əkrəm Naibov? Ömrünün bu ahıl çağında bütün həyatını içində yaşadığın bir xalqın ağrılı problemindən söz açsaydın, Qarabağ həqiqətlərini qələmə alsaydın, Xocalı faciəsindən yazsaydın, namusu, isməti doğmalarının gözü qarşısında tapdanan qız-gəlinlərin, ana-bacıların yaşantılarını dilə gətirsəydin, əsərində nifrətlə "yeraz" adlandırdığın üç yüz min qərbi azərbaycanlının köç faciəsindən, başına gətirilən müsibətlərdən söz açsaydın, bu xalq səni başı üstündə gəzdirərdi, necə ki, sənə ziyalı deyib səndən heçummadan bunu edirdi. Amma sən belə etmədin, belə ola bilmədin. Amma sən 20 ildən bəri torpağının 20 faizdən çoxu işğal olunmuş, minlərlə şəhid vermiş, ancaq bu gün də haqlı olduğunu dünya ictimayyətinə çatdıra bilməmiş bir xalqın düşməninə havadarlıq etdin. Sənin də məxsus olduğun bu xalq 25 ildir ki, öz qonşusunun haqsız torpaq  tələbləri ilə mübarizə aparmaqdadır. Amma bu xalq yenə silaha əl atmır, problemin dinc yolla həllini axtarır. Öz hövsələsini qoruyub saxlayır. Sən bilməmiş deyilsən ki, bu gün Ermənistanda bir azərbaycanlı belə tapılmasa da, Bakıda 30 mindən cox erməni qorxusuz, sakit yaşamaqda, işləməkdədir.

Bizim orta nəslin nümayəndələri sənin bir vaxtlar yaratdığın əsərlərdəki bu torpağın otuna, çiçəyinə, insanına heyrətamiz sevginə vurulub. Bəs birdən-birə sənin bu dönüklüyünü, bu iddianı, "bəşərilik iddiası" ilə yazdığın bu sərsəm əsərini necə qəbul edək, onaad verək? Sənin ermənilərə bu can yandırmağını, havadarlıq etməni ağlı başında olan heç bir insan başa düşmür, anlamır. Sənin vicdanın bu qədərmi kar, bu qədərmi kor oldu ki, Bakıda rahat mənzilində oturub belə cılız  fikirlərini kağıza köçürdün, bu cəfəngiyyatı beş il bomba kimi qoltuğunda gəzdirdin, sonra isə onu Azərbaycandan kənarda - Moskvada çap etdirdin. Məxsus olduğun yazıçılar ordusundan səni layiq olmadığın yüksək mərtəbələrə qaldırdıqları üçünmü bu intiqamı aldın, millətindən beləmi imtina etdin?!

Xalq da səndən imtina edir, Əkrəm Naibov! Bu gün sənin doğulub, boya başa catdığın Əylis kəndinin, bütövlükdə isə bütün xalqın tələbi budur ki, sən illər boyu hamı tərəfindən unudulan öz soyadını daşıyasan. Əylis kəndi öz nankor və xəyanətkar övladından imtina edir. Əylis onu "Aqulis" adlandıran, onun tarixini və torpağını təhqir edən, düşmən çırağı yandıran, heç bir erməni yazıçısının yazmağa və deməyə qadir olmadığı iftiraları söyləyib, dünyaya faş edən bir xaini bağışlamır, onun adı ilə yanaşı dayanmaq istəmir.

BizMusiqili Komediya Teatrı kollektivinin hər bir üzvünün adından Əkrəm Naibovdan soruşmaq istəyirik: sənin bu millətə, bu xalqa nifrətin nədən qaynaqlanır?! Sən bundan sonra bu el qınağı ilə, el nifrəti ilə, el tənəsi ilə necə yaşayacaqsan?!

Xalqımızın gözəl bir deyimi var: Allah birini cəzalandırmaq istəyəndə öncə onun ağlını əlindən alır. Görünür sənin də ağlını ömrünün bu ahıl çağında almaqla, Tanrı sənə layiq olduğun zülmü göstərmək istədi. Sən bu zülmü, bu nifrəti öz əməlinlə qazandın. Və xalq sonunda öz yazdığını sənə bir də xatırladır: Ürək doğrudan da yaman şeydir, Əkrəm Naibov! Sən bu xalqın ürəyini elə qırdın, elə sındırdın ki, indi onu heç nə ilə geri ala bilməyəcəksən! Ölüm hər kəs üçün haqqdır - hətta ölümünlə belə!

 

 

Əliqismət LALAYEV,

teatrın direktoru, əməkdar

incəsənət xadimi, sənətşünaslıq

üzrə fəlsəfə doktoru

 

 

 Afaq BƏŞİRQIZI,

xalq artisti

 

 İlham Namiq KAMAL,

 xalq artisti, professor

 

 Fatma MAHMUDOVA,

 xalq artisti

 

 

Nazim HACIƏLİBƏYOV,

əməkdar incəsənət xadimi

 

 Əsgər ƏSGƏROV,

 əməkdar incəsənət xadimi

 

 Ramiz MƏMMƏDOV,

 əməkdar artist

 

 Nərgiz KƏRİMOVA,

 əməkdar artist

 

 Boris QRAFKİN,

 əməkdar artist

 

 Telli ƏLİYEVA,

 əməkdar mədəniyyət ışçisi

 

Svetlana BULAX,

aktrisa

 

Marina Litvinenko,          

Aktrisa

 

 

Azərbaycan.-2013.- 9 fevral.- S.9.