«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹6, maddə 396) 17.10-cu maddəsinin birinci cümləsindən "və sərbəst anbarlar" sözləri, ikinci cümləsindən "və sərbəst anbarların" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.1.