Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 412-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 464, ¹ 7, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:

1. 31-ci maddənin 2-ci hissəsinin "j" bəndində "həmkarlar ittifaqlarının üzvlərinin əməkhaqqından üzvlük haqqının tutulması" sözləri "həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi və 4 günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi" sözləri ilə əvəz edilsin.

2. 175-ci maddənin 2-ci hissəsinin "f" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda "g" bəndi əlavə edilsin:

"g) həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.3.