«Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında» sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" 2012-ci il noyabrın 6-da Roma şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.4.