Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli fərmanı ilə təsdiq edilmiş «Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"nı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 400, ¹ 6, maddə 500) ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.5-ci yarımbənddə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin.

2. 4.2-ci bənddə "daxil olduğu inzibati ərazi dairəsi" sözləri ", ərazinin daxil olduğu inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi" sözləri ilə əvəz edilsin  və həmin bəndə "həmsərhəd inzibati ərazi dairəsi" sözlərindən sonra "və ya sahə inzibati ərazi dairəsi" sözləri əlavə edilsin.

3. 8.8-ci bənddə "ərazi vahidləri və" sözləri "ərazi vahidləri, inzibati ərazi dairəsi və sahə" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 10 fevral.- S.3.