Azərbaycanın və Serbiyanın milli informasiya agentlikləri uğurla əməkdaşlıq edirlər

 

Azərbaycanın və Serbiyanın milli informasiya agentlikləri uğurla əməkdaşlıq edirlər.

Bu fikir fevralın 9-da Serbiyanın "Tanyuq" xəbər agentliyinin nümayəndələri ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilən görüşdə səslənmişdir.

Azərbaycanda mətbuatın, o cümlədən AzərTAc-ın inkişaf tarixindən danışan baş direktor Aslan Aslanov ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafında milli xəbər agentliklərinin rolunu qeyd etmişdir.

Görüşdə Prezident İlham Əliyevin Serbiyaya, dövlət başçısı Tomislav Nikoliçin Azərbaycana rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrin yeni müstəvidə inkişafına töhfə verəcəyi diqqətə çatdırılmışdır. Milli xəbər agentlikləri AzərTAc və "Tanyuq" informasiya mübadiləsi işini daha da intensivləşdirməlidir.

Azərbaycana ilk dəfədir ki, səfər etdiklərini deyən "Tanyuq"un xarici siyasət şöbəsinin müdiri xanım Biləna Simiç Bakının sürətlə inkişaf etdiyinin şahidi olduqlarını vurğulamış, hər iki agentliyin  informasiya mübadiləsi sahəsində əməkdaşlığı bundan sonra daha da inkişaf etdirəcəyinə əminliyini bildirmişdir.

Sonra serbiyalı jurnalistlər AzərTAc-ın fotoinformasiya baş redaksiyası və multimedia və videoxəbər şöbəsinin işi ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.-2013.- 10 fevral.- S.5.