Ümumdünya Poçt Konvensiyasına və onun yekun protokoluna qoşulmaq
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində
imzalanmış Ümumdünya Poçt Konvensiyasına və
onun yekun protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı
ilə qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 12 fevral.- S.1.