Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci protokola qoşulmaq haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci protokola Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 12 fevral.- S.2.