Azərbaycan artıq kosmosda da söz sahibidir

 

XX əsrin sonlarına doğru informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla, gündəlk həyatımzın tərkib hissəsinə çevrilməyə başladı. Bu gün bütün inkişaf etmiş inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir bu texnologiyalar həm əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həlli  üçün tutarlı vasitələrdəndir.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yoldur dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. İKT-nın tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Müasir dövrümüzdə dünyanın bir çox dövlətlərində İKT-nın təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi sosial sahələri, elm təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması sairdir.

Müasir tələblər baxımından informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hər bir dövlətin hərbi-siyasi sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna hal təşkil etmir informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin məqsədlərindən biridir. Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun yaradılmasına gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda İKT-dən istifadə sahəsində mühüm addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.

Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri kosmik sənayenin yüksəlişidir.  Qeyd edək ki, kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsi nəticə etibarilə innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər öz xüsusi strateji əhəmiyyəti ilə seçilir. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar tövsiyələri ilə kosmik tədqiqatlara başlanılıb. Dövlət başçısı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncam imzalayıb, "Kosmik sənayenin yaradılması inkişafı üzrə" Dövlət Proqramı qəbul olunub, daha sonra "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Qarşıya qoyulan məqsədə çatmaq üçün müvafiq strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni tədqiq etmək üçün Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması istifadəyə verilməsində dünyanın qabaqcıl kosmik sənaye qurumları ilə əməkdaşlıq həyata keçiriblər.

Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq fevral ayının  8-də müstəqil Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri baş verdi: Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxıldı. Bakı vaxtı ilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki - "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı.

"Azərkosmos" ASC-nin inzibati binasında peykin orbitə buraxılması prosesini izləyən Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

3,2 ton çəkisi olan "Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini Yaxın Şərq regionunu əhatə edəcək. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək "Azərspace-1" peyki teleradio yayımı telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə korporativ hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin təhlükəsizliyinin təmin edilməsi,  ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli gəlirli bir layihədir. "Azərspace-1" peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya radio yayımını, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiberoptik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaq.

Azərbaycan yalnız bir peyklə kifayətlənməyəcək. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılır. Fərəhli haldır ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub ölkəmiz kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi üzrə öhdəliklər götürüb.

Bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən son texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Ən əsası, bu tarixi uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir. Ölkəmizdə elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması İKT-nin potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 12 fevral.- S.5.