Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 20 Bakı şəhəri, 8 fevral 2013-cü il

 

 "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamənin və Agentliyin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il    31 mart tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 310) ilə təsdiq edilmiş "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitəsinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitəsi)" sözləri "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi)" sözləri ilə əvəz edilsin;

1.2. mətn üzrə ismin müvafiq hallarında "XDMX-nin Xüsusi Rabitəsi" sözləri ismin müvafiq hallarında "XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

 

 

 Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 13 fevral.- S.5.