Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Tomislav Nikoliçə

 

Hörmətli cənab Prezident!

Serbiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq əlaqələrinin inkişafı, ikitərəfli qaydada beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətləri strateji tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 15 fevral.- S.1.