«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının

 və nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 7 fevral tarixli 577 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə 66) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin fərmana Əlavə I - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" üzrə:

1.1.1. 2-ci hissədə "35" rəqəmləri "32" rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 3.1-ci bənddə "AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ" sözləri "AZƏRBAYCAN RESPUBLİKASI - REPUBLIC OF AZERBAIJAN" sözləri ilə, "IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN" sözləri "ŞƏXSİYYƏT VƏSİQƏSİ - IDENTITY CARD" sözləri ilə əvəz edilsin, "yazılır" sözündən sonra ", yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur" sözləri əlavə edilsin;

1.1.3. 3.2-ci bənddə "CİNSİ/SEX" sözlərindən sonra "VƏTƏNDAŞLIĞI/NATIONALITY" sözləri əlavə edilsin, "QAN QRUPU/BLOOD GROUP" sözləri isə çıxarılsın;

1.1.4. 5.2-ci bənddə "orta hissəsinin" sözlərindən əvvəl "orta hissəsində "DOĞULDUĞU YER/PLACE OF BIRTH" və "QAN QRUPU/BLOOD GROUP" sözləri yazılır," sözləri əlavə edilsin;

1.2. həmin fərmana Əlavə III - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi" yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.2.