«Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanını "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 431-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 89; 2002, ¹ 8, maddə 478; 2004, ¹ 1, maddə 19; 2009, ¹ 12, maddə 993)

2-ci hissəsinin ikinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi," sözlərindən sonra "Fövqəladə Hallar Nazirliyi," sözləri  əlavə edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.2.