Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayına

 

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınızın işinə uğurlar arzulayıram.

Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuş, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra ölkə həyatının bütün sahələrində onların rolu daha da artmışdır. Bu gün inamla qeyd etmək olar ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri vardır.

Son illər Azərbaycan özünün mühüm inkişaf dövrünü yaşayır. Əsası  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş  daxilixarici siyasət, həyata keçirilən ardıcıl islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, nəhəng infrastruktur layihələrinin reallaşdırılmasını, Azərbaycanın sürətlə müasirləşməsini və əhalinin rifah halının yüksəldilməsini təmin etmişdir.

Fərəhli  haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxtregionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində də ağsaqqalların böyük rolu vardır.

Hesab edirəm ki, VI qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin genişlənməsinə, qurumun Azərbaycan cəmiyyətindəki nüfuzunun daha da artmasına, dövlət orqanları ilə əməkdaşlığının  dərinləşməsinə yeni təkan verəcəkdir.

Sizi bir daha qurultayınızın işə başlaması münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı  ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.1.