Dövlətin xeyrinə imtina edilməsinə icazə verilməyən malların siyahısı

 

"Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası"na əlavə

 

 1. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-IIQ nömrəli qanunu ilə müəyyən edilmiş mallar.

2. Raket-kosmik komplekslər və onların istehsalına və istismarına aid normativ-texniki sənədlər.

3. Radioaktiv materialların və partlayıcı maddələrin tullantıları.

4. Sənaye tullantıları.

5. Raket yanacağının bütün növləri, həmçinin onların istehsalı üçün lazım olan xüsusi materiallar xüsusi qurğular.

6. Qüsurlu mallar.

 

 

Azərbaycan.-2013.- 21 fevral.- S.2.