Xalq sənəti: boyaqçılıq

 

Göy qurşağının rəngləri xalçaçılıqda

 

Qədim xalq sənətlərindən biri xalçaçılıqdır ki, bu günədək məişətdə özünəməxsus yeri var. Xalça insan həyatında yalnız qiymətli əşya deyil, həm də sənət əsəri, gözəllik, hədiyyə, müalicə vasitəsi də sayılır. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar söylənib. Müdrik və nəsihətamiz, həcmcə kiçik, mənaca hikmətli atalar sözləri arasında xalça haqqında söylənmiş fikirlər də az deyil: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar".

Xalçaların toxunmasında müxtəlif təbii və süni iplik materiallarından, eləcə də onların qarışığından istifadə edilir. İplik materialları seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görünüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyəri nəzərə alınır.

Müasir xalçaları toxumaq üçün yun qırxımından başlayaraq iplərin hazırlanmasınadək bütün proseslər müxtəlif  vasitələrlə, bir sözlə, sənaye üsulu ilə yerinə yetirilir. Həmçinin  bu gün xalçalar əllə yanaşı, Cakkard tipli maşınlar vasitəsilə də toxunur.

Azərbaycan xalçaları yununun keyfiyyəti, boya komponentləri, boyaqtoxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə həmişə bir-birindən fərqlənib. Odur ki, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həllinə, həm də texniki xüsusiyyətlərinə görə bir neçə məktəbə bölünür. Əvvəllər xalçaçılıq məktəbi dörd qrupa ayrılsa da, sonrakı dövrlərdə şərti olaraq 7 xalçaçılıq məktəbi fəaliyyət göstərirdi.

Xalçanın əsas xammalından biri iplikdir. İpliklər  belə alınır:  qoyun qırxılır, yun yuyulub  təmizlənir, xüsusu daraqlarda daranır,  əyrilir, kələflənib yumaqlanır  ki, toxunma prosesinə hazır olsun.

Əyrilmiş iplik nisbətən yoğun tiftikli olan dükcə şəklinə salınır. Dükçələrdəki ipliyi kırtız  adlanan xüsusi alətlə cilalayırlar (kırtızlayırlar). Bu metal çubuğun köməyi ilə sapın həddən artıq xovluluğu müxtəlif növ bərkimələr aradan qaldırılır ki, iplik eyni qalınlıqda hamar olsun. Bu üçün bəzən cağ  yaxud mildən istifadə edilir. "Kırtızlanıb" hazırlanmış dükçələrdəki ip ikiqat olmaqla  yumaqlanır.

Xalçanı toxumaq üçün istifadə ediləcək ipliklər yumaqlandıqdan sonra yaxşı boyanması üçün kələflənməlidir. Bunun üçün qadın (ip kələfləyən) əsasən bardaş quraraq əyləşir. İp yumaqları soldan-sağa yaxud əksinə olmaqla, dizlərin ətrafına dolanaraq kələflənir. Bu zaman iki (sadə mürəkkəb) üsuldan istifadə edilir. Sadə üsul - ipliklər dizlərin ətrafına dairəvi sarınmaqla, mürəkkəb isə - dizlərin ətrafına səkkizvari şəkildə sarınır.

Xalça toxunması üçün ipliklərin boyanması əsas işlərdən biri hesab olunur. Qədim zamanlardan başlamış XX əsrin əvvəllərinə qədər toxucu müxtəlif  bitkilərin yarpaq,  çiçək, tumurcuq, meyvə, toxum, qabıq, oduncaq, kök digər hissələrindən sənətkarlıqla boyaq məhsulları hazırlayıb  pambıq ipliklərin boyanmasında istifadə etmişlər. Hələ qədim zamanlardan  ipboyama boyaqçılıq üsullarının  kustar üsuluna əsaslanıb. Buna   baxmayaraq, boyanmış iplər öz rənglərinin möhkəmliyi, şuxluğu, dolğunluğu ilə seçilib. İpliklərin boyanma prosesi üç əsas mərhələyə ayrılır: boyanmaya hazırlıq, boyanma, boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi.

Azərbaycan ərazisində hələ qədim dövrlərdən boyamanın sirlərinə bələd olunması haqqında Herodot (e.ə. V əsr) məlumat veirirdi: "O yerlərdəki meşələrdə ağaclar elə yarpaqlarla örtülüb, həmin yerlərin adamları bu yarpaqları yuyub su ilə qarışdırdıqdan sonra əmələ gələn məhlulla öz  geyimləri üzərində naxışlar çəkirdilər. Bu naxışlar yuyulsa da, silinmirdi material da, əsasən yun parçalarda elə bil əvvəlcədən toxunurdu".

Duzlu bataqlıqdan  çox qeyri-adi həşərat olan qırmızı böcək əldə edib, ondan çox qiymətli tünd  rəng alırdılar. Sarı rəngi almaq üçün   yazın erkən çağlarında çiçəklərin otun köklərini, payızda isə  tut ağacının saralmış yarpaqlarını yığardılar. Sarı rəngi həmçinin  almanın qabığından, sarı-yaşıl rəngi isə  kəndəlaş  meyvələrindən alardılar. Yun ipliyi boyamaq üçün soğanın qabığından, üzüm tənəyinin,  yovşan  zirinc ağacının qısa budaqlarından, narın qurudulmuş qabığı təzə yetişən qozun  yaşıl qabığından istifadə edirdilər.

Mineral, həmçinin ağaclar (çinar, palıd, söyüd başqaları) boyayıcı xüsusiyyətə malikdirlər.

Adətən, ipliklər xalq üsulu - təbii yolla, əsasən , bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu üsulu boyaqçıdan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən  qırmızı, yaşıl, sarı, göy, sürməyi, qara, kimi 7 növ əsas rəngin onların çalarlarının alınması üçün qoz qabığı yarpağı, nar qərzəyi, tut, heyva ağaclarının, boyaqotu  kolunun köklərindən müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, sarı bu rəngin yarım tonlarını almaq üçün   soğanla alma qabığı, sarıçöp payızda yığılmış tut yarpaqlarından, qırmızı çəhrayı rəngləri almaq üçün boyaqotundan, sürməyi, mavi yaşıl rənglərindən ötrü isə  indiqodan istifadə edilir.

Boyamaya hazırlıq prosesi zamanı daha keyfiyyətli ip almaq əsas şərtdir. Bunun üçün boyaq bitkilərini vaxtlı-vaxtında toplamaq, məhlulu keyfiyyətli hazırlamaq, iplikləri aşqarlamaq (rəngablamaq) lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün boyaqçılar, adətən, ip kələflərini zəy yaxud alça lavaşı qarışdırılmış məhlula salınırdı. Alça lavaşı olmadıqda onu ərik zoğal suyundan hazırlanmış turş qatı məhluldan, eləcə ayran, duz, zəy ya sirkə kimi bərkidici maddələrdən istifadə etmək olar.

Bundan başqa, hər bir meyvənin, ağacın, bitkinin toplanması istifadə olunma vaxtını bilmək lazımdır. Çünki bundan rənglərin açıq ya tünd alınacağı asılıdır. Payız fəslində qoz, kələndaş, yazda isə palıd, söyüd alma ağacının dövrü idi.  Zəfəran, alça heyvadan yalnız çiçək vaxtı istifadə etmək olar. Lakin bəzi çiçəklər isə əksinə, yalnız solduqdan sonra bu işə yararlı hesab edilir. Onları yığıb qurudub boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Onları əsasən   mis qazanda qaynatmaq lazım idi. Bütün bunların səbəbi var idi: oksidləşmə prosesləri ilə əlaqədar  kimyəvi reaksiyalar mis qazanların yavaş-yavaş qızma-soyuma xüsusiyyəti. Hər halda, bir çox yüzilliklər ərzində insanlar tərəfindən yığılan qiymətli təcrübə ipliyin yüksək keyfiyyətli boyanmasını xalçanın toxunmasını təmin edirdilər. Yun ipliyinin əyrilməsi heç asan proses deyildi. Bütün bunlar min illik təcrübəyə, yazılmamış tədqiqatların nəşr olunmamış kitabların, müdafiə olunmamış dissertasiyaların, həmçinin bir çox nəsillər tərəfindən aparılan diqqətli müşahidələrin nəticələrinə əsaslanır.

1871-ci ildən etibarən dövlət tərəfindən alizarin boyaları satışa buraxıldı. Artıq  bir ildən  sonra boyaq sənayesində anilin rənglərindən kütləvi surətdə istifadə edilməyə başlandı. Süni boyaqların - alizarin   anilin maddələrinin kəşfi ilə əlaqədar, boyaq bitkilərindən istifadə demək olar ki, yaddan çıxdı. Ancaq bu süni boyaqlar heç təbiiləri əvəz edə bilmədi.

Boyanmış kələflərin suyunun sıxılması açıq hava şəraitində qurudulması hər zaman nəzərə alınıb. Ona görə həmişə hava şəraiti yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə boyaq maddəsinin tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.

Boyanmış iplikdəki rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələrinin, güllü-çiçəkli bağçaların, yaşıl meşə çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan boyaq maddələri xalçaların kompozisiyasında emosional təsir gücünü, parlaqlığını artırır   ona ecazkar görkəm verir.

Xalçanı heç əbəs yerə təbiətin bir parçası   milli sərvət hesab etmirlər. Onun rənglərinin səmadan gəlməsi bu inanca söykənir. Deyirlər ki, xalçadakı yeddi rəng göy qurşağından alınmadır. Axı, bütün rənglərin anasıdır  yeddi rəng...

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 24 fevral.- S.8.