DÜNYANIN XOCALI DƏRDİ

 

BAŞ REDAKTORDAN

 

Dünyanın Azərbaycan  adlı ölkəsində Xocalı adlı bir kənd  vardı. Bu  kənddə insanlar xoşbəxt yaşayır, halal zəhmətləri ilə dolanır, toy  edib oğul-uşaq sahibi olur, övladlarını oxudub böyüdürdülər. Sonralar bu  kənd  böyüyərək abad şəhərə çevrildi.

Xocalı şəhəri Xankəndinin lap yaxınlığında  yerləşir.

Hər ikisi Dağlıq Qarabağın ərazisindədir.

Bu yaşayış məntəqələrində  əsasən iki millət - azərbaycanlılar və ermənilər yaşayırdılar.

Həm bir-biriləri ilə mehriban dolanırdılar.

Ta o vaxta qədər ki, "erməni xəstəliyi"nə tutulmuş erməni separatçıları Dağlıq Qarabağın ərazisini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək niyyətilə əməli fəaliyyətə başladılar.

Bununla da bütün Qarabağın növrağı pozuldu.

Dostluq əvvəlcə qarşıdurmaya, sonra düşmənçiliyə, ən nəhayət ölüm-dirim savaşına çevrildi.

Xocalı camaatı mərd, qorxmaz insanlardır.

Qadınlı-kişili millətini sevməyi, torpaq uğrunda  ölümə getməyi  bacaran vətənpərvərlərdir.

Düşməndən qorxmağı, erməni qabağından qaçmağı özlərinə heç  zaman sığışdırmayıblar.

 

 Özlərini öz torpaqlarının sahibi saydıqlarından yaşayış  məntəqəsini boşaltmaq, döyüşsüz-filansız şəhəri tərk etmək niyyətinə düşməyiblər.

  Tarix 26 fevral 1992-ci ildə xocalılılara çox ağır  sınaq hazırlamışdı!

 

 Əslində bu, insanların ölümlə çəkildiyi imtahan idi!

 "İmtahan götürənlər" təpədən-dırnağadək silahlanmış, zirehli texnika ilə gücləndirilmiş, tərkibi doxsan faiz erməniləşdirilmiş sovet alayı idi!

  İmtahanı birinci Xocalının qəhrəman müdafiəçiləri, 366-cı alayla müqayisədə əliyalın görünən  könüllü özünü-müdafiə batalyonunun üzvləri verdilər.

  Hamısı qəhrəmancasına döyüşdü, şəhid adına layiq  görüldü!

 

Ağsaqqal ağbirçəklərə, düşmən üçün heç bir  təhlükə  törətməyən  qadınlara, uşaqlara da rəhm edilmədi.

613   nəfər dinc sakin qətlə yetirildi...

 

Bir vaxtlar "dünyanın ən humanist ordusu", " sülh ordusu" adlandırdığımız  sovet ordusu 106 qadına, 70 qocaya,  63 uşağa öz gücünü qüdrətini göstərdi!

8 ailə büsbütün məhv edildi!

Düşmən həmin gecə Xocalını ələ keçirdi, evləri qarət etdi,  yandırdı, dağıtdı, daşı daş üstə qoymadı!

  idi bu qədər qəddarlığın, vəhşiliyin səbəbi?

Xocalı soyqırımını bizə "ərməğan"  edənlər niyə bu qədər kinli, qəzəbli idilər, qaniçənlik göstərirdilər?

Onları qanımıza susadan idi?

Xocalı  soyqırımı bizə müstəqil dövlət kimi yaşamaq  niyyətinə  düşdüyümüzə görə verilən cəza idi!

Xocalı soyqırımı bizə torpaqlarımızı  yenidən "könüllü" şəkildə ermənilərə hədiyyə  verməməyimizə görə verilən cəza idi!

Xocalı soyqırımı bizə gücləndirilmiş arxalı düşmənə ciddi müqavimət  göstərdiyimizə görə verilən cəza idi!

Xocalı soyqırımı bizə kişili-qadınlı, qocalı-cavanlı, bəzən hətta silahsız olsaq belə torpağımızı, kəndimizi evimizi birgə  müdafiə etdiyimizə görə verilən cəza idi!

Nəhayət, Xocalı soyqırımı bizə azərbaycanlı, müsəlman olduğumuza görə  verilən cəza idi!

Həmin gecə Xocalıya hücum edənlər şəhəri aldılar.

Amma qalib adını ala bilmədilər.

Tarix onlara silahsız insanların, qocaların, qadınların, uşaqların qatili adını hazırlamışdı.

Onların alnına "qatil", "soyqırımı  törədənlər" damğası vuruldu.

İndi qalır bu şərəfsiz adların rəsmiləşdirilməsi.

Azərbaycan iqtidarı bu sahədə ardıcıl səmərəli  aparır.

O  məşum  gecədə Xocalıda həlak olan hər bir insan  müqəddəs şəhidlik zirvəsinə ucaldı!

Yaşından, cinsindən asılı olmayaraq onların hər biri qəhrəmandır!

Ölümdən qorxmayan qəhrəman!

Ölümü ilə düşməni məğlub edən, onu əbədi  lənətə düçar edən qəhrəman!

Vətən  uğrunda şəhid getməyin əzəmət müqəddəsliyini göstərən qəhrəman!

Hər bir Azərbaycan vətəndaşının ürəyində Xocalı adlı sağalmaz yara vardır!

Bu yara təkcə ağrıtmır, həm   qürur məhəbbət doğurur!

Bəli, Xocalı  faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir! Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu  keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoludur!

Xocalı bizi  qorxutmadı, çəkindirmədi! Əksinə  mətinləşdirdi, birləşdirdi, düşmənə nifrətimizi daha da artırdı!

Xalqımız Xocalı faciəsini, onun qurbanlarını heç zaman  unutmayacaqdır, Xocalı soyqırımının dünya tərəfindən  tanınmasına nail olacaqdır!

Bu sahədə ardıcıl, planlı, məqsədyönlü qətiyyətli şəkildə aparılır.

24 fevral 1994-cü ildə hər il fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi keçirilməsi barədə  qərar qəbul  olunub.

Hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir!

"Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan  gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir" - Bu, ulu öndər Heydər Əliyevin  fikridir.

"Xocalı soyqırımı törətməklə erməni millətçiləri məkrli məqsədlər  güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər amansız  düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla  vuruşaraq vətənə sədaqət nümunəsi göstərdilər" - Bu isə  Prezident İlham Əliyevin verdiyi qiymətdir.

2012-ci ildə - Xocalı soyqırımının 20 illiyi münasibətilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda  keçirilən möhtəşəm ümumxalq  yürüşü dünyanı lərzəyə saldı, bəşəriyyətin  diqqətini insanlığa qarşı törədilmiş bu qəddar amansız cinayətə yönəltdi.

Xocalı soyqırımının  dünyada tanınması üçün dayanmadan  səmərəli aparılır. Dövlət qurumları ilə bərabər Azərbaycan parlamenti, qeyri-hökumət təşkilatları, dünyanın həqiqətsevər insanları  yorulmadan mübarizə aparırlar.

Eyni zamanda:

- Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla xanım Əliyevanın  rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyasına ilbəil  daha çox ölkə insan qoşulur;

- Diplomatik korpus getdikcə fəaliyyətinin səmərəsini artırır;

- Azərbaycan - Türkiyə diasporunun əlbir fəaliyyəti daha da  genişlənir;

- Xaricdə təhsil alan tələbələr özlərinə həmfikirlər  toplayaraq  Xocalı soyqırımı günlərində xarici ölkələrdəki  Ermənistan səfirlikləri qarşısında  ifşaedici aksiyalar  keçirirlər.

Artıq Pakistan, Meksika Kolumbiya parlamentləri Xocalı soyqırımını tanıyıblar.

ABŞ-ın 6 ştatında Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib.

Bir neçə Avropa dövlətinin parlamentində  Xocalı  faciəsi ilə bağlı məsələlərin müzakirəsinə başlanıb.

Dünyanın Xocalı adlı bir dərdi var!

Amma bütün dünya bu dərdi çəkirmi?

Son hadisələr göstərir ki, qoca Dünya yavaş-yavaş  Xocalıda baş verənlərin soyqırımı olduğunu anlamağa, onu dərk edərək qiymətləndirməyə başlayır!

 

 

Azərbaycan.-2013.- 26 fevral.- S.3.