Bakıda MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XVI iclası keçirilmişdir

 

Fevralın 25-də Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XVI iclası keçirilmişdir.

İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna informasiya agentliklərinin rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.

Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını salamlayan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan ASLANOV dedi:

- Biz Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti iclasının iştirakçılarını, hörmətli həmkarlarımızı, Birlik ölkələrinin aparıcı xəbər xidmətləri rəhbərlərini yenidən Azərbaycanın paytaxtında görməyimizdən çox şadıq.

İnformasiya cəmiyyətinin formalaşması dövründə bizim Şuranın əhəmiyyəti və rolu ildən-ilə artır. Bu qurum AvropaAsiya qitələrinin bir hissəsini əhatə edən vahid informasiya məkanının yaradılması, milli informasiya agentliklərinin fəaliyyətinin əlaqələndirilməsi, təcrübə mübadiləsinin tənzimlənməsi kimi mühüm vəzifələri yerinə yetirir, bununla da bizi yeni biliklərlə zənginləşdirir, dünya informasiya bazarında rəqabət qabiliyyətimizin artmasına şərait yaradır.

A.Aslanov demişdir ki, bu gün biz Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini və qarşısında duran vəzifələri müzakirə edəcək, informasiya-kommunikasiya texnologiyalarının coşqun inkişafı dövründə əhatə dairəsini getdikcə genişləndirən sosial şəbəkələrlə rəqabətdə ənənəvi jurnalistikanın öz həyat qabiliyyətini sübut etməli olduğu şəraitdə işimizin səmərəsinin artırılması yolları barədə fikir mübadiləsi aparacağıq.

İclasın gündəliyindəki mühüm məsələlərdən birinin 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlığın olduğunu deyən baş direktor bildirmişdir ki, bu mövzu ortaq keçmişimizlə bağlıdır. Biz Qələbənin 70 illiyinin layiqincə işıqlandırılması, keçmiş sovet respublikalarının hər birinin faşizm üzərində qələbəyə verdiyi töhfənin təbliğinə dair işimizi daha səmərəli qurmağın yollarını araşdırmalıyıq.

Bizim iclasımız həm də Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümü ilə bir vaxta düşür. Allah Xocalı faciəsi qurbanlarına rəhmət eləsin!

AzərTAc-ın baş direktoru demişdir ki, Şuranın indiki iclası Azərbaycanda əlamətdar hadisə - xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində keçirilir. 1982-1987-ci illərdə SSRİ-nin ali rəhbərliyində yüksək vəzifə tutarkən İttifaq respublikalarının hər birinin sosial-iqtisadi inkişafına mühüm töhfə verən, o cümlədən humanitar məsələlərə daim xüsusi diqqət yetirən görkəmli dövlət xadimi Heydər Əliyevin adı bu gün Müstəqil Dövlətlər Birliyi məkanında böyük hörmətehtiramla çəkilir. Bugünkü müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev, eyni zamanda, AzərTAc-ın inkişafına da çox böyük diqqət və qayğı göstərmişdir.

İclasın işinə uğurlar arzulayan A.Aslanov demişdir ki, əziz dostlar, siz burada Azərbaycanın günbəgün gözəlləşən və abadlaşan paytaxtı ilə daha yaxından tanış olmaq, Bakının və bütövlükdə Azərbaycanın sürətli tərəqqisini əyani şəkildə görmək imkanına malik olacaqsınız. Sizə uğurlar diləyirəm.

MDB İnformasiya Şurasının sədri, İTAR-TASS kollegiyasının sədri Vitali İQNATENKO çıxış edərək azərbaycanlı həmkarlarının qonaqpərvərliyinə, İnformasiya Şurasının XVI iclasının  işi üçün yaradılmış gözəl şəraitə görə təşəkkürünü bildirərək dedi: "Bizim İnformasiya Şurasının 17 illik tarixi ərzində artıq dördüncü dəfədir ki, Bakıda işləyirik. Vurğulamaq istərdim ki, məhz Bakıda işimiz həmişə Azərbaycanla tanışlıq üçün müəyyən mənada növbəti mərhələ, respublikanın necə coşqun şəkildə inkişaf etməsini duymaqbizim informasiya işində bu respublikanın birinci yerlərə çıxdığını görmək üçün növbəti mərhələyə çevrilir. Xüsusi vurğulamaq istəyirəm ki, sizinlə birlikdə məhz burada heç bir senzuranın olmadığı ölkənin necə inkişaf etdiyini görə bilərik. Respublikanın hər bir vətəndaşı müxtəlif informasiya mənbələrindən istifadə etmək imkanına malikdir".

V.İqnatenko MDB İnformasiya Şurasının məqsədləri və vəzifələri barədə söhbət açaraq dedi ki, Şuranın məqsədi və vəzifəsi bizim agentlikləri irəlilətmək və MDB üzvü olan ölkələrin hər birində baş verən proseslər barəsində düzgün, korrekttam həcmdə mühakimə yürütməsinə imkan verən ümumi məxrəc tapmaqdır. O demişdir: "Mənə xüsusilə xoşdur ki, həmkarımız Aslan Aslanov bizim işimiz üçün faktiki olaraq ideal şərait yaratmışdır. Biz bu 1-2 gündə həm bir-birimizin işi ilə tanış ola, həm də AzərTAc informasiya agentliyinin necə inkişaf etdiyini görə bilərik".

Vitali İqnatenko bildirdi ki, İTAR-TASS agentliyi tezliklə özünün 110 illiyini qeyd edəcəkdir. O demişdir: "Bu, ən qocaman agentlikdir, biz hamımız bu agentlikdən öyrənmişik, o cümlədən bu gün burada iştirak edən agentliklərin hamısı bu agentlikdən bəhrələnmişdir. Biz çox şadıq ki, siz müstəqilsiniz, öz informasiya siyasətinizi özünüz müəyyən edirsiniz. Bu siyasətdən həm İTAR-TASS, həm də milli agentliklər faydalanır".

Rusiya milli informasiya agentliyi kollegiyasının sədri MDB məkanında əlamətdar tarixi hadisələrin qeyd edilməsi məsələsinə də toxunaraq dedi: "Mən istərdim ki, bizim Birliyin böyük vətəndaşları ilə bağlı tarixləri də qeyd etməyi unutmayaq, burada mən həmkarım Aslan Aslanovla razıyam ki, tarixin bizə bəxş etdiyi bütün əlamətdar günlərə çox diqqətlə yanaşmalıyıq. İndiki konkret halda bu, əlbəttə, Azərbaycanın ümummilli lideri, çoxlarının xatırladığı kimi MDB məkanında məhz burada, Bakıda İnformasiya Şurasının yenicə təşkilatlandığı vaxtda bizi birinci olaraq qəbul etmiş Heydər Əlirza oğlu Əliyevin 90 illiyidir. Əlbəttə, biz bu böyük insanın xatirəsinə ehtiram əlaməti olaraq onun tarixi irsini qoruyub saxlamalı, inkişaf etdirməliyik. Mənə belə gəlir ki, bu, bütün MDB ölkələri üçün maraqlı olacaqdır".

Sonra V.İqnatenko iclasın gündəliyinin çox mühüm bəndi - MDB ölkələrinin İnformasiya Şurasının yeni sədrinin seçilməsi üzərində dayandı. V.İqnatenko İTAR-TASS-ın baş direktoru Sergey Mixaylovu təqdim etdionun namizədliyini səsə qoydu.

MDB ölkələrinin dövlət informasiya agentliklərinin nümayəndələri Sergey Mixaylovu yekdilliklə Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri seçdilər.

MDB İcraiyyə Komitəsinin informasiya-təhlil departamentinin direktoru Aleksandr Zavarzin bildirmişdir ki, İTAR-TASS-ın kollegiyasının sədri Vitali İqnatenko Birlik ölkələrinin inteqrasiyasına verdiyi töhfələrə görə MDB-nin Gümüş medalına layiq görülmüşdür. O, MDB-nin 20 illiyi münasibətilə təsis edilmiş medalı və diplomu V.İqnatenkoya təqdim etmişdir.

A.Zavarzin İTAR-TASS-ın baş direktoru Sergey Mixaylovu MDB İnformasiya Şurasının sədri seçilməsi münasibətilə təbrik etmişona uğurlar arzulamışdır.

MDB İnformasiya Şurasının yeni sədri, İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov iclasda çıxış edərək ona göstərilmiş etimada, MDB ölkələrinin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının sədri seçilməsinə görə təşəkkür etmişdir. O bildirmişdir ki, Şuranın növbəti iclasının işi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən başlanmışdır. S.Mixaylov demişdir: "Biz dövlət başçısının heyrətamiz dərin, dəqiq, müdrik nitqinə qulaq asdıq. Bu nitq Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri, informasiya texnologiyalarının inkişafı məsələlərinə dərindən bələd olmasını, informasiya texnologiyalarının, informasiya məkanının inkişafında onun özünün iştirak etməsini göstərdi".

MDB İnformasiya Şurasının sədri bildirmişdir ki, iclasın gündəliyindəki əsas məsələ 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə hazırlıq məsələsidir. S.Mixaylov demişdir: "İki ildən sonra biz Hitler Almaniyasının darmadağın edilməsinin 70-ci ildönümünü geniş miqyasda qeyd edəcəyik. Bu Qələbəyə SSRİ xalqları, bizim ölkələrimizin xalqları həlledici töhfə vermişlər. Dövlət informasiya agentlikləri bu işin ahəngini müəyyən etməlidirlər və bunun üçün bizim hər cür imkanımız vardır. Bizim sərəncamımızda peşəkar qüvvələr, müasir texnologiyalar, kütləvi auditoriya, arxiv materialları vardır".

O, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar bir sıra təkliflər, o cümlədən "Yaddaş fotobankı" yaradılmasını, həmin banka informasiya agentliklərinin arxivlərindən seçilmiş fotoşəkillərin daxil olunmasını, sonradan həmin fotoşəkillərin internetdə xüsusi yaradılacaq saytda yerləşdirilməsini və ya ixtisaslaşdırılmış səyyar fotosərgi təşkil edilməsini, elektron "Qələbə təqvimi" hazırlanmasını, orada müharibənin hər gününə aid mühüm hadisələrin əks olunmasını təklif etmişdir. Bundan əlavə, İTAR-TASS-ın baş direktorunun fikrincə, informasiya agentliklərinin köməyi ilə MDB ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri üçün Qələbə mövzusunda yazı müsabiqələrini təşkil etmək mümkündür.

İnformasiya Şurasının sədri onu da vurğulamışdır ki, bu il görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. S.Mixaylov demişdir: "Heydər Əliyev təkcə doğma Azərbaycanın deyil, keçmiş SSRİ-nin digər respublikalarının da inkişafına çox dəyərli töhfə vermişdir. Zənnimcə, bu əlamətdar tarix bizim agentliklərə də bu böyük insanın fəaliyyətinin işıqlandırılmasında geniş qarşılıqlı əlaqə saxlamaq imkanı verir".

Sonra Tacikistanın "Xovar" milli informasiya agentliyinin baş direktoru Sadriddin ŞAMSUDDİNOV videokörpü vasitəsilə iclasın işinə qoşulmuşdur. O, tədbir iştirakçılarını salamlayaraq Şuranın növbəti iclasının Bakıda təşkil edilməsinə görə AzərTAc-ın baş direktoru Aslan Aslanovaİnformasiya Şurasının fəaliyyətinə böyük töhfə verməsinə görə Vitali İqnatenkoya təşəkkür etmişdir. S.Şamsuddinov əmin olduğunu bildirmişdir ki, Sergey Mixaylov başda olmaqla informasiya şurasının yeni rəhbərliyi bu qurumun nəcib ənənələrini davaminkişaf etdirəcəkdir.

MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad BÜLBÜLOĞLU çıxış edərək demişdir: "Bu gün - internet əsrində, çoxsaylı özəl agentliklərin mövcud olduğu dövrdə, informasiyanın kifayət qədər müxtəlif olduğuheç də həmişə müsbət olmadığı bir vaxtda insanları məhz quruculuğa, bir-birinə daha yaxın olmağa istiqamətləndirən düzgün, lazımlı informasiya almaq çox vacibdir". O qeyd etmişdir ki, fond öz fəaliyyətində bu konsepsiyanı əsas götürür. P.Bülbüloğlu bildirmişdir ki, fond hər il MDB ölkələrinin ziyalılarının forumunu təşkil edir. Keçən il oktyabr ayında Türkmənistanın paytaxtı Aşqabadda təşkil edilmiş sonuncu forum çox yüksək səviyyədə keçmişdir.

P.Bülbüloğlu MDB ölkələrinə təklif etmişdir ki, jurnalistləri fondun təsis etdiyi, elmi işçilərə və yaradıcı adamlara verilən "Birlik ulduzları" mükafatına namizəd kimi irəli sürsünlər. O demişdir: "Mən istəyirəm ki, bizim ölkələr bu mükafata namizəd kimi jurnalistləri də irəli sürsünlər, bu insanlar MDB məkanında inteqrasiyada böyük rol oynayırlar".

Fasilədən sonra MDB İnformasiya Şurasının iclası işini davam etdirmişdir.

AzərTAc-ın rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva öz çıxışında agentliyin fəaliyyəti, onun xarici əlaqələri barədə məlumat vermişdir. O qeyd etmişdir ki, hazırda AzərTAc müxtəlif ölkələrin informasiya agentlikləri ilə əməkdaşlıq haqqında 30 saziş imzalamışdır. Agentlik beynəlxalq tədbirlərin təşkil olunmasında fəal iştirak edir. İkinci Bakı Beynəlxalq Humanitar Forumu buna əyani nümunədir.

T.Nuriyeva demişdir ki, AzərTAc Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə hazırlıq işinə öz töhfəsini vermək arzusu ilə Moskvada sovet xalqının faşizm üzərində Qələbəyə önarxa cəbhədə verdiyi töhfəyə həsr olunmuş fotosərgi təşkil edilməsini təklif edir. Bundan əlavə, Bakıda Azərbaycanın Qələbəyə töhfəsinə həsr edilmiş fotosərgi keçirilməsi, habelə Azərbaycan Dövlət Teleqraf Agentliyinin Böyük Vətən müharibəsi cəbhələrindən verdiyi məlumatların toplanacağı kitab nəşr edilməsi barədə təkliflər verilmişdir.

Belarusun BelTA agentliyi baş direktorunun birinci müavini İqor Lutski demişdir ki, 2013-cü ildə Belarusun MDB-də sədrliyi "İnsan naminə inteqrasiya, mehriban qonşuluğun möhkəmlənməsi, ekoloji əməkdaşlığın inkişafı, ekoloji "yaşıl" texnologiyaların əlyetərliliyinin artırılmasına kömək, mədəniyyətlərin dialoqunun genişlənməsi" devizi altında keçiriləcəkdir.

İ.Lutski bildirmişdir ki, bu konsepsiya üzrə tədbirlər planının həyata keçirilməsi üçün internetdə mövcud imkanlardan istifadə edilməsi hesabına Birliyin informasiya məkanını genişləndirmək təklif edilir.

İ.Lutski onu da vurğulamışdır ki, bu il Belarusda MDB-nin müxtəlif orqanlarının təxminən 20 iclasının keçirilməsi nəzərdə tutulmuşdur. O demişdir: "Belarus Teleqraf Agentliyi MDB İnformasiya Şurası üzrə həmkarlarımızı həmin tədbirlərdən, eləcə də Belarus Respublikasının ərazisində keçiriləcək bütün 60 tədbirdən hazırlanmış informasiya materiallarının tam spektri ilə, o cümlədən fotovideo materiallarla təmin etməyə hazır olduğunu bildirir".

İTAR-TASS agentliyinin vahid xəbərlər xidmətinin baş redaktorunun müavini Boris Qruşin Birlik Ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) informasiya xidmətinin işinə diqqəti cəlb etmişdir. O, ANİA saytına informasiyanın müntəzəm və mütəmadi daxil olmasını tənzimləməyin vacibliyini qeyd etmişdir. B.Qruşin "Birliyin əlamətdar və tarixi hadisələr təqvimi" adlı müştərək layihənin dəstəklənməsinin zəruri olduğunu da vurğulamışdır. O demişdir: "Bizim hamımızın dəstəklədiyimiz bu layihə həqiqətən qarşılıqlı faydalı layihədir. Bu təqvimdə maraqlı insanlarya tarixi hadisələrlə əlaqədar yubiley tarixləri ilə yanaşı, həm də bizim ölkələrdə keçiriləcək mühüm tədbirlər haqqında məlumat toplanılır".

Moldovanın "Moldpress" dövlət informasiya agentliyinin baş direktoru Vladimir Dariye MDB İnformasiya Şurasının növbəti iclasının bu il oktyabr ayında Kişineuda keçirilməsini təklif etmişdir.

İclasda qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.       

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 fevral.- S.5.