Fransanın Milli Assambleyasında iki azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə döyülmüşdür

 

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada keçən əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 21-ci ildönümünün qeyd edilməsinə cavab olaraq, Fransanın Milli Assamleyasının binasında bu ölkədəki erməni icmasının nümayəndələri qurumdakı Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə birlikdə "Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün perspektivlər" mövzusunda yığıncaq keçirilmişdir. 40 nəfərin iştirak etdiyi yığıncaqda "Sumqayıt hadisələri" zamanı "həlak" olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki "Azərbaycan evi"nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmamışlar. Ermənilərin Sumqayıtda baş verən hadisələrə iftirayalan donu geydirmələrinə, həqiqəti gizlədərək ölkəmizə qarşı böhtan yağdırmalarına dözməyən M.Fətəliyeva əsl soyqırımın - Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan etmişdir. M.Fətəliyevanın sözləri erməniləri qəzəbləndirmiş və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetirmişlər. Təəccüblü budur ki, bu hadisələr Fransanın Avropa Şurası Parlament Assambleyasındakı deputat qrupunun üzvü Fransua Roşeblanın iştirakı ilə baş vermişdir. AŞ PA-nın yığıncaqlarında ölkəmizə qarşı qara yaxmaqda ad çıxaran və ermənipərəst mövqeyi ilə seçilən, demokratiksöz azadlığının bərqərar olduğu bir ölkənin vətəndaşı olan bu üzdəniraq deputat hadisə zamanı vəhşiləşmiş ermənilərlə birlikdə azərbaycanlıların döyülməsinə fətva vermişdir.

Hadisə yerinə dərhal polis çağırılmışdır. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan MirvariVüsal həkim müayinəsindən keçirilmişlər. Həkimlər iki qabırğası sındırılan Vüsalın vəziyyətinin ağır olduğunu bildirmişlər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və digər əməkdaşlar ermənilər tərəfindən xəsarət yetirilən soydaşlarımıza baş çəkmiş və onların vəziyyəti ilə maraqlanmışlar.

Hadisə barədə daha ətraflı məlumat veriləcəkdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 28 fevral.- S.8.