«Demokratiyanın beşiyi» sayılan Fransada erməni vəhşiliyinin növbəti təzahürü baş verdi

 

Özü də fransız parlamentarinin əli ilə

 

 Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli aparılır. Hər il Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən xüsusi tədbirlər planı təsdiqlənir icra edilir.  Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da son illər bu istiqamətdə əməli addımlar atırlar. Soyqırımı günü diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edərək, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edərək faciəni törədənlər barədə geniş məlumatlar verirlər.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu yöndə bütün imkanlar səfərbərliyə alınmış, beynəlxalq aləmin Azərbaycan həqiqətlərinə münasibətində erməni yalanlarının ifşasına yönəlmiş bir sıra pozitiv irəliləyişlər olmuşdur. Son illərdə dünyanın bir sıra ölkələri, ABŞ-ın bir neçə ştatı, o cümlədən bu yaxınlarda Çexiya parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları bundan narahat olaraq Xocalı faciəsinin ildönümü ərəfəsində antiazərbaycan qüvvələrlə birləşərək təxribatçılıq hərəkətləri edir həmin ölkələrdəki insanların diqqətini yayındırmağa cəhdlər göstərirlər. Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbir bu mərama xidmət edirdi. Həmin tədbirə qatılan Azərbaycan diasporunun nümayəndələri diqqəti 21 il öncə Xocalıda ermənilərin törətdikləri soyqırımına yönəldiblər. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər.

Bundan sonra Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan Fransua Roşeblounun təhriki ilə erməni diasporunun üzvləri Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanı azərbaycanlı tələbə Vüsal Hüseynovu vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Xəsarət alan Mirvari Fətəliyeva Vüsal Hüseynov kəllə-beyin travması, daxili orqanlarının zədələnməsi sümüklərin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Bu fakt bir daha erməni vəhşiliyinin əsl mahiyyətini ortaya qoydu. Təəssüf doğuran hal odur ki, baş verən olayda fransalı parlamentari birbaşa iştirak edib Azərbaycan diasporunun nümayəndəsinin döyülməsi tapşırığını şəxsən özü verib. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Fransadakı səfirliyi digər aidiyyətı orqanlar ilə birlikdə bu məsələ araşdırılır günahkarların Fransa qanunlarına uyğun şəkildə cəzalandırılması istiqamətində müvafiq tədbirlər görülür. Ümid edirik ki, aparılan təxirəsalınmaz tədbirlər nəticəsində vəhşiliyi törədənlər öz layiqli cəzalarını alacaqlar. Əks-təqdirdə baş verən insident Fransa dövlətinin beynəlxalq imicinə son dərəcə ciddi təsir göstərəcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 28 fevral.- S.8.