Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstəsi düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 fevral.- S.3.