Prezident İlham Əliyevin Şirvan şəhərinə səfəri

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Azərbaycan Prezidentinə məlumat verdi.          

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 2 iyul.- S.1.