Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası daxili işlər orqanlarında rabitə və səhiyyə sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:

 

 

 

"Əməkdar mühəndis" fəxri adı:

 

 Aslanov Dilqəm Mikayıl oğlu - polis general-mayoru

 

 

 

"Əməkdar həkim" fəxri adı:

 

 Həsənov Həsən Gülağa oğlu - tibb xidməti polkovnik-leytenantı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 2 iyul.- S.5.