Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri

 

Qazaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 

Xəbər verdiyimiz kimi, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev abidənin ətrafında aparılan yenidənqurma  işləri ilə tanış oldu, elektromobillə parkın ərazisini gəzdi.   Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Prezidentinə məlumat verdi ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılmışdır. Qalan iki hektar sahə isə bu il abadlaşdırılmışdır. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyul.- S.1.