Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri

 

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun sement istehsalı xəttinin açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.

Bildirildi ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda ulu öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl  tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur.

Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Dövlət başçısına istehsal prosesində istifadə edilən xammal və müəssisənin əmtəələri təqdim olundu.

Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış oldu. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İnzibati binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait vardır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Dəhlizlərdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət abidələri barədə dolğun təəssürat yaradan incəsənət nümunələri də xoş ovqat doğurur.

 

Dövlət başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verildi. Buradakı stendlərdə zavodun texnoloji sxemi, tikinti üzrə investisiya layihəsi, baş plan və layihəyə aid digər məsələlər konkret əksini tapmışdır.

 

Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirildi ki, gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanmış, avadanlıq üzrə soyuqisti sınaqlara başlanmışdır. Sınaqlar uğurla yekunlaşmışdır. Müəssisədə bir neçə markada sement istehsal olunacaqdır. Bununla əlaqədar uyğunluq sertifikatları alınmışdır.

 

Prezident İlham Əliyevə məlumat verildi ki, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinkersementin növlərinin kimyəvi, fizikimexaniki sınaqları həyata keçirilir.

Dövlət başçına bildirildi ki, zavodun avtomatik idarəetmə sistemi "SİEMENS" firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir.

Prezident İlham Əliyev buradan istehsal xəttini işə saldı.

Qeyd olundu ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulmuşdur. Müəssisənin ümumi tikinti kompleksinə 49 binaqurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək çıxış etdi.

 

 

 

*  *  *

 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri Xaqani QULUZADƏ çıxış edərək dedi:

 

- Möhtərəm cənab Prezident İlham Əliyev!

 

Hörmətli qonaqlar!

 

"Akkord" sement zavodunun açılış mərasimi münasibətilə bu gün bizimlə olmağınızdan xüsusi şərəf duyuruq.

Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz və gərgin fəaliyyətiniz nəticəsində bu gün ölkəmizdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Uğurla davam etdirdiyinizmüasir məzmunla zənginləşdirdiyiniz sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasına əsaslanır. Elmi əsaslarla irəli sürülmüş milli iqtisadi inkişaf modelinə söykənən ölkəmizdə sahibkarlığa dövlət dəstəyi nəticəsində irihəcmli Azərbaycan şirkətlərinin respublika daxilində, eyni zamanda, transmilli layihələrdə iştirakının təməli qoyulmuşdur.

Möhtərəm cənab Prezident, zavodun təməlqoyma mərasimində iştirakınız, həmçinin ötən il Qazaxa səfəriniz çərçivəsində tikinti işlərinin gedişi ilə tanış olarkən verdiyiniz müvafiq tövsiyələr bu layihənin əhəmiyyətini daha da artırmışdır.

Xaqani Quluzadə bildirdi ki, tikintisinə 225 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunacaqdır. Orta əməkhaqqı 600-700 manat təşkil edəcəkdir. Zavodun tikintisi ilə paralel olaraq bir sıra infrastrukturenerji obyektləri, sosial təyinatlı binalar inşa olunmuşdur. Müəssisənin özünün yataqxanası, uşaq bağçası, poliklinikası və digər xidmət müəssisələri olacaqdır.

Xaqani Quluzadə "Akkord" korporasiyasının dünyanın aparıcı şirkətləri, maliyyə qurumları ilə sıx əməkdaşlığı və beynəlxalq tenderlərdə iştirakı barədə də dövlət başçısına məlumat verdi.

Bu nəhəng müəssisənin yaradılmasının dövlətimizin başçısının sahibkarlığa dəstəyinin daha bir bariz nümunəsi olduğunu vurğulayan X.Quluzadə dedi:

- Hörmətli cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, "Akkord" sement zavodunun istismara verilməsi Sizin rəhbərliyiniz altında həyata keçirilən müdrik siyasətin nəticəsi kimi Azərbaycan Respublikasında sahibkarlığın inkişafına yaradılmış şəraitin bəhrəsi olmuşdur. Zavodun istismara verilməsi regionun iqtisadi inkişafına dəstək olmaqla yanaşı, yerli əhalinin daimi yerləri ilə təmin olunmasına, Azərbaycanın inşaat materiallarına tələbatının ödənilməsinə, ölkəmizin ixrac potensialının artmasına və iqtisadiyyatın qeyri-neft sektorunun güclənməsinə xidmət edəcəkdir.

 

*  *  *

 

Qazaxın sosial-iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edən rayon ictimaiyyətinin nümayəndəsi Məmməd YUSİFOV dedi:

- Azərbaycanımızın müstəqillik illərində keçdiyi inkişaf yolu dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 ildə özünü daha çox göstərmişdir. Ötən 10 il müasir Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələdir. Dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişafa Azərbaycan nail olmuşdur. Bu illər tarix  baxımından qısa olsa da həyata keçirilən tədbirlər, aparılan islahatlar bir çox ölkələrin yüz ildə keçdikləri yola bərabərdir. Bütün bunlara Sizin yorulmaz fəaliyyətiniz, yaradıcı üsulunuz nəticəsində nail olunmuşdur. Bu inkişaf Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə respublikanın hər bir vətəndaşının rifahına yönəldilmiş, mühüm sosialiqtisadi layihələrin həyata keçirilməsi nəticəsində baş vermişdir. Siz bu illərdə atdığınız addımlarla xalqımıza qürur verdiniz, onun başını uca etdiniz.

Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı, sabit inkişaf yolunun alternativi yoxdur. Bu gün hər birimiz ölkəmizə görə çox böyük fərəh hissi keçiririk. Qazaxda istifadəyə verdiyiniz bu böyük sement zavodu da bu inkişafın, bu tərəqqinin bir göstəricisidir. Cəbhə bölgəsində belə bir möhtəşəm zavodun inşasının mühüm siyasi və mənəvi dəyəri vardır. Bu zavodun rayonumuzun iqtisadiyyatının  inkişafında çox böyük rolu olacaqdır. Eyni zamanda, yüzlərlə qazaxlı yeni yeri ilə təmin olunacaqdır ki, bu da onların həyat səviyyəsini daha da yüksəldəcəkdir.

Məmməd Yusifov Qazax rayonunda sənayenin inkişafı üçün ardıcıl tədbirlərin həyata keçirildiyini, bunun yeni yerlərinin yaradılmasına və əhalinin güzəranının daha da yaxşılaşdırılmasına xidmət etdiyini bildirdi. O, Qazaxda Ədəbiyyat Muzeyinin yaradılmasına hərtərəfli dəstəyinə görə dövlət başçısına rayon sakinləri adından minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılır. Bu gün Sizin rəhbərliyinizlə Qazaxda sakinlərimizin rahat həyat yaşamaları üçün hər cür şərait yaradılmışdır. Şəhərimizdə yeni tibb ocaqları, məktəblər, mədəniyyət obyektləri inşa edilmiş, parkxiyabanlar salınmışdır. Son illərdə tikilmiş Olimpiya İdman Kompleksi, Şahmat Mərkəzi, Gənclər Mərkəzi də şəhərimizə xüsusi yaraşıq verməklə yanaşı, gənclərimizin sağlam ruhda böyüməsində və ictimai fəallığın artırılmasında önəmli rol oynayır. Bu gün düşmənlə təmas xəttində yerləşən kəndlərimizə belə yeni yollar çəkilmişdir. Cəbhə bölgəsində yerləşən rayonumuzun  bütün yaşayış məntəqələri təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bax, budur müasir Azərbaycanımızın reallıqları. Çox sağ olun, cənab Prezident!

Möhtərəm cənab Prezident, bu gün xalqımız qüdrətli Vətənimizdə çox rahat yaşayır. Bizim nəsil nikbindir. Çünki Siz Azərbaycanımızı, müstəqil dövlətimizi daim irəliyə, daha xoşbəxt gələcəyə aparırsınız. Yalnız Siz qüdrətli Azərbaycanımızın qarantı ola bilərsiniz. Yalnız Siz Azərbaycanımızın davamlı inkişafını təmin edə bilərsiniz. Bütün qazaxlılar Sizə inanır, Sizə güvənirlər. Gələcəyini Sizə etibar edən qazaxlılar növbəti seçkilərdə də öz sözlərini deyəcəklər. Diqqətinizə görə çox sağ olun.

 

*  *  *

 

Sonda xatirə şəkilləri çəkdirildi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 7 iyul.- S.1,2.