Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyulun 8-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, maliyyə, bank, enerji, konsaltinq s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Bakı Biznes Mərkəzində keçirilən biznes forumda iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox ikitərəfli müqavilənin imzalandığını, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd etmişdir.

Nazir Ş.Mustafayev Azərbaycanda 479 Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini, son illər Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına 468 milyon dollar, son 10 ildə isə Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına 563 milyon dollar investisiya qoyulduğunu vurğulamışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olmuşdur. Son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş sərgi keçirilmişdir. Bu gün keçirilən biznes forum da Azərbaycan Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.

Sonra Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun Rusiya Federasiyasının İnquşetiya Respublikası Baş nazirinin müavini Pavel Puşinin hər iki ölkənin iqtisadiyyatına, biznes investisiya imkanlarına dair təqdimatları dinlənilmişdir.

Tədbirdə İnquşetiya Respublikasının Turizm Komitəsinin rəhbəri Batır Malsaqov "İnquşetiya Respublikası: istirahət və turizm üçün yeni imkanlar" mövzusunda video təqdimatla çıxış etmişdir.

 

 

Azərbaycan.-2013.- 9 iyul.- S.6.