Şahin MUSTAFAYEV: «Azərbaycan - Rusiya

əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir»

 

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür. Görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr edilən sərgi ilə tanış olmuşlar. Şahin Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə qonaqlara geniş məlumat vermişdir.

Görüş zamanı nazir Ş.Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirmiş, dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır: "Bu gün Azərbaycan qonşu Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir. Əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olmuş, RF-nin bu regionda yerləşən federal subyektləri ilə əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılmışdır. Təsadüfi deyildir ki, son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir. Növbəti dəfə aparılan müzakirələr, keçirilən biznes forum Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan daha bir addımdır".

Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiyanın da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsi və İnquşetiyaya investisiya qoyuluşu imkanları barədə məlumat vermiş, azərbaycanlı adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Azərbaycana səfər çərçivəsində qonaqlar Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodlarında, "Green Tech" MMC-nin müasir istixana kompleksində, Gilan Tekstil və Sumqayıt Texnologiyalar parklarında olmuşlar. Onlara qabaqcıl və müasir texnologiyaların tətbiq olunduğu istehsalemal prosesləri, müəssislərin texnolojiekoloji üstünlükləri və məhsulları barədə geniş məlumat verilmişdir.

 

 

Azərbaycan.-2013.- 10 iyul.- S.2.