«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fizikihüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirənyol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 iyul tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fizikihüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin (bundan sonra - vəsait) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını müəyyən edir.

 

1.2. Vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

 

 

 

2. Vəsaitdən istifadə qaydası

 

2.1. Aylıq vəzifə maaşlarına əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin) büdcədənkənar vəsaitləri üzrə təsdiq edilmiş xərclər smetası dairəsində "Ştatda olan işçilərin əməkhaqqı" xərc paraqrafı hesabına ödənilir.

 

2.2. Vəsaitin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin) büdcədənkənar vəsaitləri hesabına ödənilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi  tərəfindən təmin olunur.

 

2.3. Vəsaitdən istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarının büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə uyğun olaraq həyata keçirilir.

 

2.4. Bu Qaydalara əsasən, aylıq vəzifə maaşlarına ödənilən əlavə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində  nəzərdə tutulmuş təminat xərcliyinə daxil edilmir.

 

2.5. Yol patrul xidmətini həyata keçirən əməkdaşlara - yol patrul xidməti inspektorları və baş inspektorları, eləcə də yol patrul xidmətinə cəlb olunan xüsusi rütbəli digər əməkdaşlar aid edilirlər.

 

2.6. Yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlara - dövlət yol polisi qurumlarının manqa, taqım, bölük, tabor, alay komandirləri, onların müavinləri və digər xüsusi rütbəsi olan əməkdaşları, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi qurumlarının yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, hərəkətin təhlükəsizliyinin təbliği, inzibati xətalar haqqında işlər üzrə icraat şöbələrinin (bölmələrinin), mərkəzi məlumat xidmətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin dövlət yol polisi qurumunun yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, inzibati xətalar haqqında işlər üzrə icraat sahəsində müvafiq funksiyaları həyata keçirən əməkdaşları, şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının rəisləri (müvafiq səlahiyyətləri həyata keçirən digər vəzifəli əməkdaşlar), inzibati xətalar haqqında işlər üzrə icraatı, təbliğat və təşviqat, nəqliyyat vasitələrinin axtarışı funksiyalarını həyata keçirən əməkdaşları aid edilirlər.

 

2.7. Vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir. Qalan vəsait (yol patrul xidmətini həyata keçirən əməkdaşların aşkar etdiyi xətalar istisna olmaqla, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına, o cümlədən avtomatik rejimdə işləyən texniki vasitələrin köməyi ilə aşkarlanmış yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə ödənilən cərimələrdən daxil olan vəsait, habelə cəriməni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxslərə hesablanan dəbbə pulu) yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlar arasında bərabər bölünərək, onların aylıq vəzifə maaşına əlavə edilir.

 

2.8. Vəsaitdən istifadə olunmasına dair hesabat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

 

3. Aylıq vəzifə maaşına əlavənin

 

hesablanması qaydası

 

3.1. Aylıq vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir.

 

3.2. Aylıq vəzifə maaşına əlavə aşağıdakı qaydada hesablanır:

 

3.2.1. yol patrul xidmətini həyata keçirən əməkdaşlara:

 

AVMƏ = (YPDM x 25%)

 

burada

 

AVMƏ - aylıq vəzifə maaşına əlavə;

 

YPDM - DYP əməkdaşının tərtib etdiyi protokoldan daxil olan cərimənin məbləğidir;

 

3.2.2. qalan vəsait (QV = vəsait - yol patrul xidmətini həyata keçirən əməkdaşların vəzifə maaşlarına ödənilən əlavə)  aşağıdakı qaydada bölünür:

 

BƏAVMƏ = QV : BƏS

 

burada

 

BƏAVMƏ - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların hər birinin aylıq vəzifə maaşına əlavə;

 

BƏS - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan bütün əməkdaşların sayıdır.

 

3.3. Aylıq vəzifə maaşlarına əlavələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən hesablanaraq hər bir əməkdaşın əməkhaqqı kartına köçürülür.

 

3.4. Aylıq vəzifə maaşına əlavə əməkdaşlara məzuniyyət və funksional vəzifələrinin icrası ilə bağlı olmayan ezamiyyət vaxtları, tutduğu vəzifədən azad edilərkən sərəncamda olduğuya vəzifədən müvəqqəti kənarlaşdırıldığı müddət, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirildiyi günlər üçün hesablanmır.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.2.