«AtaTravel»in Macarıstana infoturu başa çatmışdır

 

"AtaTravel" MMC-nin Macarıstana təşkil etdiyi infotur uğurla başa çatmışdır.

İyunun 29-dan iyulun 6-dək davam edən tanıtım səfərində Azərbaycanın KİV təmsilçiləri, Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi iştirak etmişlər.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Macarıstanın turizm sənayesi ilə tanışlıq məqsədi daşıyan infotur bu ölkənin aparıcı turperatoru olan "1000 yol" "Wizz Air" aviaşirkətinin dəvəti ilə həyata keçirilmişdir.

Azərbaycandan gəlmiş nümayəndələrə məlumat verilmişdir ki, Macarıstanın turizm sektoru yüksək inkişaf etmiş infrastruktura malikdir. Burada təqdim olunan keyfiyyətli xidmət, ölkənin dağ landşaftı ilə göz oxşayan təbiəti bütün dünyadan turistləri cəlb edir.

İnfoturun gedişində iştirakçılar Macarıstanın müxtəlif regionlarında tarixi abidələrlə, milli adət-ənənələrlə, macar xalqının mətbəxi ilə, musiqi xalq yaradıcılığı ilə tanış olmuş, məşhur Balaton gölünü seyr etmiş, termal müalicəvi yerlərə baş çəkmişlər.

Budapeşt şəhərinə ekskursiyanın proqramına Qəhrəmanlar meydanı, Vaydaxunyad qəsri, Budapeştin "Yelisey düzəngahı" - Andraşşa prospekti, Parlament, Balıqçı Bastionu Kral sarayı, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə ilə açılan Gellert dağına qalxmaq daxil idi. Bununla yanaşı, Azərbaycan jurnalistləri Dunay döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxeydə olmuşlar.

Turun iştirakçıları, həmçinin Harkan balneoterapevtik kurortu, müalicəvi imkanları ilə hələ Roma imperiyası dövründən məşhur olan Heviz termal gölü ilə tanış olmuş, Şümeq qalasında cəngavər yarışını izləmişlər.

Azərbaycanlı media təmsilçiləri "Macarıstan-Turizm" QSC-nin nümayəndəsi Kristina Boço, Heviz şəhərinin meri Qabor Papp, otel biznesi rəhbərləri, termal müalicəxanaların tibbi personalı ilə görüşlər keçirmişlər.  Bu görüşlərdə ətraflı informasiya onları maraqlandıran suallara cavab almışlar.

İnfoturun iştirakçıları ölkəmizin Macarıstandakı səfirliyində olmuşlar. Burada aparılan fikir mübadiləsi zamanı son vaxtlar Azərbaycan ilə Macarıstan arasında dostluq əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanmışdır.

"AtaTravel"in baş direktoru Vüsal Əliyev qeyd etmişdir ki, şirkət Macarıstanın "1000 yol" tur-operatorunun tərəfdaşıdır, həmçinin Budapeşt-Bakı-Budapeşt aviareyslərini uğurla həyata keçirən "Wizz Air" aviaşirkəti ilə sıx əməkdaşlıq edir.

 Baş direktor demişdir ki, Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanmışdır. Macar turistlərinin ölkəmizə marağı artır. "AtaTravel" ölkəmizə səfərləri asanlaşdırmaq üçün elektron viza proseduruna qatılmışdır. Ümumiyyətlə, Azərbaycan-Macarıstan əlaqələri bütün sahələrdə inkişaf edir.  

"AtaHolding" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova isə bildirmişdir ki, bu ilin sentyabr ayında macar turoperatorları üçün Azərbaycana  cavab səfəri təşkil ediləcəkdir.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin turların, sığorta vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.11.