Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına  alınması və reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 178                   Bakı şəhəri, 12 iyul 2013-ci il

 

 

 

"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 578-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 2842 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 735) ilə təsdiq edilmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 1.3-cü bəndinə "və onların" sözlərindən sonra "üzərinə nəzarət markası yapışdırıldıqdan sonra" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 14 iyul.- S.3.