Qədim Şəkinin xalq
sənətkarları
Şəkinin xalq sənətini yaşadan ustalarının emalatxanalarına, köşk və dükanlarına yolun düşəndə sanki "sehrli xalat" geyinib tarixə səyahətə çıxırsan. Bu insanlar əhaliyə gərəkli və pərakəndə satışda olmayan məhsullar təklif edirlər. Bununla yanaşı, onlar həm də xalqımızın adət-ənənəsi, etnoqrafiyası, maddi-mənəvi dəyərləri barədə özünəməxsus bir hekayət söyləyirlər.
Xalq sənətkarlarının əsərlərinə Şəkinin müxtəlif guşələrində rast gəlmək olar. Gildən küp, su və gül qabları düzəldib satan kim, cürbəcür corablar, çantalar, kiçik suvener xalçaları toxuyub alıcıya təklif edən kim...
Milliliyin
vurğunu olanlar qızlarına toy edərkən buradan ona
cehizlik sandıq, klassik üslubda bəzədilmiş gəlincik
də ala bilərlər. Xalq sənətkarlarının
düzəltdikləri Azərbaycan xalq
çalğı alətləri, tikdikləri çoxçeşidli
papaqlar da Şəkinin
sakinlərinin və qonaqlarının diqqətini həmişə
cəlb edir.
Azərbaycan.-2013.- 14 iyul.- S.12.