Siyəzəndə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal bölgəsinə səfəri

 

 

 

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevə ulu öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 iyul.- S.5.