Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı səfirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.

Görüşdə ötən dövr ərzində ölkələrimiz arasında əlaqələrin intensiv xarakter daşıdığı bildirildi, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, ikitərəfli münasibətlərimizin bundan sonra da  inkişaf edəcəyinə əminlik ifadə olundu.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 iyul.- S.6.