Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 184                        Bakı şəhəri, 16 iyul 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli  549-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2771 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 809; 2002, ¹ 10, maddə 641; 2003, ¹ 6, maddələr 342, 348; 2004,

¹ 10, maddə 871; 2005, ¹ 6, maddə 541, ¹ 10, maddə 978; 2006, ¹ 4, maddə 373, ¹ 9, maddə 822, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 2, maddə 144,

¹ 7, maddə 607, ¹ 9, maddələr 736, 757, ¹ 12, maddə 1065; 2012, ¹ 12, maddə 1390) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı"nın birinci hissəsinin on beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Milli Genbankı.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 19 iyul.- S.6.