Gənc azərbaycanlı rejissorların ekran əsəri 66-cı Lokarno

 Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilmişdir

 

Avqustun 7-də 66-cı Lokarno Beynəlxalq Film Festivalı başlayacaqdır. 1946-cı ildən etibarən keçirilən festival "A" kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları s.)  aiddir bu kino bayramı filmlərin nümayişlərinin açıq hava altında təşkil olunması kimi özəlliyi ilə fərqlənir. AzərTAc xəbər verir ki, avqustun 17-dək davam edəcək 66-cı Lokarno Beynəlxalq Film Festivalının müsabiqə proqramında Azərbaycan filmi yer almışdır.

Gənc rejissorlar Rüfət Həsənov Elvin Adıgözəlin "Buqələmun" adlı tammetrajlı bədii filmi festivalın rəsmi müsabiqə proqramına daxil edilmişdir filmin dünya premyerası məhz festival çərçivəsində olacaqdır (http://www.pardolive.ch/en/Pardo-Live/today-at-the-festival/2013/LOC66-Line-up/cineasti-del-presente.html#.Ued52NK8CFs).

"Adari Films prodakşn" şirkətinin məhsulu olan filmin prodüseri İrada Bağırzadədir. Eyni zamanda, "Arizona Productions" (Fransa) "Vita aktiva" (Rusiya) şirkətləri ilə postprodakşn işləri görülmüşdür.

Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyasının "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan "Adari Films" şirkətinin artıq altı qısametrajlı novelladan ibarət "Motivlər..." layihəsi çərçivəsində Rüfət Həsənovun "Bazar günü" filminin çəkilişlərinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən dəstəklənir.

 

Azərbaycan.-2013.- 19 iyul.- S.12.