Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri

 

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr əlaqələri şərtləndirən amillər sırasında əsas yer alır. Tarixlərinin ən çətin dönəmlərində iki dostqardaş xalq bir-birinin yanında olub, bir-biri uğrunda saysız-hesabsız şəhid verib. Sovet imperiyasının kəskin dönəmlərində də xalqlarımız arasında münasibətlər tamam qırılmamış, 1967-ci ildə Türkiyənin Baş naziri Süleyman Dəmirəl, 1969-cu ildə isə  Prezident Cövdət Sunay Bakıya səfər etmişdilər. Türkiyə Rusiyaİran daxil olmaqla Qafqazın taleyində çox mühüm rol oynayan üç region dövlətindən biridir.

Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün, rolunun artması deməkdir. Böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındaki münasibətlərin tarixini, bugününü və perspektivlərini dəqiq ifadə edən ən mükəmməl formuldur. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında,  regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın böyük rolu olmuşdur. Bunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev əlaqələrin daha da genişlənməsi üçün vaxtilə siyası kursda ciddi dəyişikliklər etdibununla da Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başladı. O gündən bu günə iki dövlət bir-birinin ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinin Azərbaycandan başlaması neçə ildir gözəl ənənə halını alıb.

Beynəlxalq qurumlarda müxtəlif qlobalregional məsələlərdə iki qardaş dövlətin maraqları da olduqca yaxındır. Hətta dəfələrlə olub ki, beynəlxalq toplantılarda müzakirə olunan məsələlər ətrafında birlikdə məsləhətləşmələr aparıb qərar veriblər. BMT, NATO, İKT, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa bir neçə qurumun beynəlxalq əlaqələrində tərəflərin mövqeyi eynidir və hər zaman qərar verərkən bir-birinə dəstək olurlar. 1993-cü ilin aprelində terrorçu Ermənistanın qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra BMT-nin işğal olunmuş əraziləri tərk etməsi barədə qətnaməsinə məhəl qoymadıqda Türkiyə Ermənistanla sərhədlərini  problem həllini tapana qədər bağlamağa qərar verdi. Qarabağ münaqişəsi Azərbaycan qədər Türkiyə üçünbir yaradır. Bu bəyanatı bir neçə il öncə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdə olarkən vermişdi. Türkiyə bütün beynəlxalq qurumlarda ardıcıl olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını və BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsini tələb edir. 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi ilə başladı. İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək iki dövlət arasında 25-dən çox sənəd imzalanıb. Bu mühüm sənədlər iki ölkə arasında iqtisadi-hüquqi təməli təşkil edən çox dəyərli sənəddir. İqtisadi əlaqələr daha çox energetika sahəsindən başlamışdır. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin

BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını reallaşdırdı. Yeri gəlmişkən qeyd edək ki, bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkədəki şirkətlərin maliyyə imkanlarını artırıb. Ona görə də yüzlərlə azərbaycanlı adamı dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə çalışır və müxtəlif sahələrə sərmayələr yatırırlar. Qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, informasiya-kommunikasiya, tranzit daşımaları, xidmət, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı səmərə üçün geniş imkanlar mövcuddur. Bakı-Tbilisi-Qars xətti və tikintisi davam edən sürət qatarı layihələri yalnız Türkiyə üçün deyil, Gürcüstan və Azərbaycanın Asiya-Avropa dəhlizindən ən sərfəli və etibarlı şəkildə yararlanmasına xidmət edəcək.  Yaxın beş ildə TANAP layihəsinin icrası ilə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq. Mütəxəssislərin hesablamalarına görə, son illər ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard dolları haqlamaqdadır. Hazırda Azərbaycanda mindən çox türk, Türkiyədə isə minə yaxın müştərək şirkətlər fəaliyyət göstərir. Hesablamalara görə, 2020-ci ilədək Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına yatıracağı sərmayənin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları ARDNŞ-in payına düşəcək. Dövlət Neft Şirkəti 2018-ci ilədək Türkiyə iqtisadiyyatına 18 milyard dollara yaxın investisiya qoyuluşunu reallaşdırmaq niyyətindədir.     

Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadienerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayaniki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neftqaz kəmərləri təkcə regionda deyil, dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Bundan başqa, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin də göstəricisinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə reallaşa bilməz. Bu məsələlər Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu günlərdə Azərbaycana səfərində bir daha müzakirə olundu, dostcasına, qardaşcasına bütün sahələrdə məsləhətləşmələr aparıldı. Azərbaycan Prezidenti

İlham Əliyevlə görüşdə əlaqələrimizin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bildirildi ki, iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaranması münasibətlərin yeni mərhələyə qədəm qoymasına stimul vermişdir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilərkən Ə.Davudoğlu diqqətə çatdırdı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Türkiyənin Minsk qrupuna üzv ölkə kimi sülh prosesinə dəstək verməyə hazır olduğunu bildirən Türkiyə xarici işlər naziri münaqişənin tez bir zamanda ədalətlə həll olunmasının vacibliyini vurğuladı.  Digər görüşlərdə də tərəflər TANAP və TAP layihələrinin birgə həyata keçirilməsini, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını da müzakirə etdilər. Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri bildirdilər ki, 2014-cü ildə NATO qoşunlarının Əfqanıstandan çıxarılmasını planlaşdırır. Ola bilər ki, həmin məqsədlər üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə olunsun. Keçirilən görüşlərdə və tədbirlərdə vurğulanan ən önəmli fikir ondan ibarət idi ki, iki dövlət arasındakı dostluğa, qardaşlığa münasibətlərin bütün istiqamətlərdə konstruktiv inkişafına heç bir qüvvə mane ola bilməz. Çünki kökümüz, soyumuz, damarımızda axan qanımız eynidir. Bu eynilik bizi sonsuza qədər bərabər addımladacaq.  

 

 

 

Rəsmiyyə QARAYEVA,

Azərbaycan.-2013.- 20 iyul.- S.9.