Belçikanın Kralı Əlahəzrət II Albertə

 

Əlahəzrət!

Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Belçika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim sülhrifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 iyul 2013-cü il

Azərbaycan.-2013.- 21 iyul.- S.1.