Məntəqə seçki komissiyasının REQLAMENTİ

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

 18 iyun 2013-cü il tarixli 6/46 saylı Qərarı ilə təsdiq edilmişdir

 

 

Məntəqə seçki komissiyası iclaslarının keçirilməsi qaydaları  Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 19-cu, 39-cu maddələrinə və bu Reqlamentə əsasən müəyyən edilir.

1. Ümumi müddəalar

1.1.  Məntəqə seçki komissiyası Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri öz səlahiyyətləri çərçivəsində iclasa çıxarır, müzakirə edir və mahiyyəti üzrə qərarlar qəbul edir.

1.2. Məntəqə seçki komissiyasının iclasları Azərbaycan Respublikasının dövlət dilində aparılır, iclas protokolları və qərarlar həmin dildə tərtib edilir.

2. Məntəqə seçki komissiyasının iclaslarına dair ümumi tələblər

2.1. Məntəqə seçki komissiyasının iclaslarının çağırılması və təşkili

2.1.1. Məntəqə seçki komissiyasının iclasları məntəqə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya komissiyanın həlledici səs hüquqlu üzvlərinin (bundan sonra - komissiya üzvləri) azı 1/3-nin tələbi ilə çağırılır. Bu cür tələb məntəqə seçki komissiyası sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.

2.1.2. Məntəqə seçki komissiyasının iclasları və həmin iclasda baxılacaq məsələlər haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Məntəqə seçki komissiyası iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər komissiya üzvlərinə yazılı formadaya elektron kommunikasiya vasitələri ilə şəxsən, səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

2.1.3. Məntəqə seçki komissiyasının iclası səlahiyyətli tərkibdə formalaşmış komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.

2.1.4. Məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

2.1.5. Məntəqə seçki komissiyasının iclasında komissiyanın əvəzedici üzvləri, yuxarı seçki komissiyasının üzvləri və katibliyinin əməkdaşları, məntəqə seçki komissiyası katibliyinin əməkdaşları, dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.

2.2. Məntəqə seçki komissiyası iclasının gündəliyinin müəyyən olunması, məruzə və müzakirələrin təşkil edilməsi qaydası

2.2.1. İclasın gündəliyi məntəqə seçki komissiyasının sədri tərəfindən müəyyən edilir, komissiya tərəfindən təsdiq edilir. Gündəliyə komissiya üzvlərinin 1/3-nin tələbi ilə də məsələ daxil edilə bilər. Məntəqə seçki komissiyası üzvlərinin 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ komissiyanın sədrinə ünvanlanan yazılı müraciət əsasında iclasın gündəliyinə daxil edilməlidir.

2.2.2. Məntəqə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, komissiyanın katibləri məruzə edirlər.

2.2.3. Məntəqə seçki komissiyasının sədri komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər.

2.2.4. Məntəqə seçki komissiyasının iclasında məruzə üçün 5 dəqiqəyədək, əlavə məruzə üçün 3 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 3 dəqiqəyədək, arayış, müraciət və açıqlama vermək üçün 2 dəqiqəyədək vaxt verilir.

2.2.5. Məntəqə seçki komissiyasının sədri məsələlərin mahiyyəti üzrə müzakirəsi üçün yuxarıda göstərilən müddətləri komissiya üzvlərinin təklifi ilə artıra bilər.

2.2.6. Məruzəçi zəruri sənəd və materialları toplayır, məsələyə hərtərəfli, tamobyektiv baxılması üçün lazımi tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.

2.3. Məntəqə seçki komissiyası iclasının aparılma qaydaları

2.3.1.  Məntəqə seçki komissiyası iclasında sədrlik edən aşağıdakı hərəkətləri edir:

2.3.1.1.  iclası açıq elan edir və gündəliyə çıxarılan məsələlər haqqında komissiyanın üzvlərinə məlumat verir, gündəliyə əlavə təkliflərin olub-olmamasını aydınlaşdırır;

2.3.1.2. iclasın gündəliyindəki məsələlərin müzakirəsini təşkil edir;

2.3.1.3. komissiyanın üzvlərinə, həmçinin iclasa dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə ilə söz verir;

2.3.1.4. komissiya üzvlərinin və dəvət olunmuş şəxslərin mahiyyəti üzrə çıxış etmələrini və bu Reqlamentə əməl etmələrini təmin edir, əks halda müvafiq tələblərə əməl edilməsini onlardan tələb edir (buna zərurət olduqda çıxışı da kəsə bilər);

2.3.1.5. qərarları səsə qoyur;

2.3.1.6. başa çatdıqda iclası bağlı elan edir.

2.4. Məntəqə seçki komissiyası üzvlərinin iclasda hərəkətləri

2.4.1. Aşağıdakılar məntəqə seçki komissiyasının üzvləri tərəfindən tələb edilə bilər:

2.4.1.1. iclasın keçirilməsi, iclasda baxılan məsələlər və onlara aid müvafiq qərar layihələri barədə əvvəlcədən məlumatlandırılmaq;

2.4.1.2. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;

2.4.1.3. lazımi arayış və məlumatlar əldə etmək;

2.4.1.4. normativ sənədlərin layihələri ilə tanış olmaq;

2.4.1.5. bu Reqlamentə uyğun məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək.

2.4.2. Komissiyanın üzvləri aşağıdakılara riayət etməlidirlər:

2.4.2.1. xəstələnmə halları və digər üzrlü səbəblər istisna olmaqla,  məntəqə seçki komissiyasının bütün iclaslarında iştirak etmək;

2.4.2.2. komissiyada məntəqə seçki komissiyası sədrinin bölgüsü əsasında fəaliyyət göstərmək;

2.4.2.3.  bu Reqlamentin müddəalarına əməl etmək;

2.4.2.4. çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə etmək;

2.4.2.5. etik normalara riayət etmək.

2.4.3. İclas zamanı məntəqə seçki komissiyası üzvünün etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas yerini tərk etməsi sair bu kimi hərəkətlər yolverilməzdir. Belə hərəkətlər barədə dairə seçki komissiyasına məlumat verilir.

2.4.4. Məntəqə seçki komissiyasının üzvü ona həvalə edilən xidməti sənədləri hərtərəfli araşdırır nəticəsi barədə tərtib olunmuş arayışı qanunvericiliklə müəyyən olunmuş qaydada məntəqə seçki komissiyasının sədrinə qaytarır.

2.5.  Məntəqə seçki komissiyasının iclaslarında qərarların qəbuledilmə qaydaları

2.5.1. Məntəqə seçki komissiyası öz səlahiyyətləri daxilində müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı qərar qəbul edir.

2.5.2.  Qərar layihəsinə baxılarkən məntəqə seçki komissiyasının üzvləri əsas əlavə məruzəçiləri dinləyir layihə ətrafında müzakirə aparırlar.

2.5.3. Məntəqə seçki komissiyasının üzvləri tərəfindən əsas götürülmüş qərar layihəsi bütövlükdə ya hissəvi müzakirə olunur, lazım gələrsə, layihədə düzəlişlər edilir o, bütövlükdə səsə qoyulur.

 2.5.4. Səsvermə zamanı qərar layihəsinə yalnız məntəqə seçki komissiyasının üzvləri tərəfindən düzəlişlər edilə bilər.

2.5.5. Səsvermədə məntəqə seçki komissiyasının üzvü bir səsə malik olmaqla, şəxsən  açıq səs verir.

2.5.6. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 ya 5 üzv iştirak etdikdə - azı 4 üzvün, 4 üzv iştirak etdikdə - azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

2.5.7. Məntəqə seçki komissiyasının qərarları 12 saat ərzində komissiyanın məlumat lövhəsində asılmaq yolu ilə dərc edilir dərc edildiyi gündən qüvvəyə minir.

2.6.  Məntəqə seçki komissiyası qərarlarının rəsmiləşdirilməsi

2.6.1. Məntəqə seçki komissiyasının iclasında səsə qoyulmuş məsələ üzrə səsvermənin nəticəsi komissiyanın sədri tərəfindən elan olunur bu, iclas protokoluna daxil edilir.

2.6.2. Məntəqə seçki komissiyasının qərarları iclas protokolları komissiyanın sədri katibləri tərəfindən imzalanır.

2.6.3. Adları çəkilən şəxslər qərarı ya protokolu imzalamadıqda, onları bu sənədlərin lehinə səs verən komissiya üzvləri imzalayırlar.

2.6.4. Məntəqə seçki komissiyası iclaslarının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanılır komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq olunur (bu məsələ komissiyanın iclas gündəliyinə birinci məsələ kimi daxil edilir).

2.6.5. Məntəqə seçki komissiyasının qərarı ilə razılaşmayan həlledici səs hüquqlu komissiya üzvləri yazılı formada xüsusi rəy bildirə bilərlər bu rəy komissiyanın iclas protokoluna əlavə edilir.

2.7.  Məntəqə seçki komissiyası iclasının təxirə salınması ya başqa vaxta keçirilməsi

2.7.1. Məntəqə seçki komissiyası iclasının  gedişində sədrlik edən fasilə elan edə bilər. Gündəliyə daxil edilmiş məsələlərə bir günü ərzində baxmaq mümkün olmadıqda iclasda fasilə elan edilir iclasın davam etdirilməsi vaxtı barədə məlumat verilir.

2.7.2. Aşağıdakı hallarda məntəqə seçki komissiyasının iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:

2.7.2.1.  məntəqə seçki komissiyası üzvlərinin sayında yetərsay olmadıqda;

2.7.2.2. məsələnin hərtərəfli, tamobyektiv baxılmasına maraqlı subyektin, ekspertin, yaxud şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda;

2.7.2.3. iclasda müzakirəyə çıxarılan məsələlərə aid sənəd və materiallar məntəqə seçki komissiyasının üzvlərinə təqdim olunmadıqda və ya gecikdirildikdə;

2.7.2.4. iclasda baxılan məsələlərin hərtərəfli, tamobyektiv araşdırılmasına maneçilik törədə biləcək başqa hallar olduqda.

3. Yekun müddəalar

3.1. Bu Reqlament qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 21 iyul 2003-cü il tarixli 17/103 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyasının Reqlamenti" qüvvədən düşmüş hesab edilir.

 

Azərbaycan.-2013.- 23 iyul.- S.9.