«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli fərmanını "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 561-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 716; 2009, ¹ 12, maddə 988; 2010, ¹ 11, maddə 966) 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

"2.4. həmin qanunun 24-1.5-ci maddəsində nəzərdə tutulmuş qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müəyyən edən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, maliyyə hesabatı təqdim olunan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2013-cü il

Azərbaycan.-2013.- 25 iyul.- S.1.