Strateji Araşdırmalar Mərkəzi cari ilin ilk altı ayı

 ərzindəki fəaliyyəti ilə bağlı hesabatını açıqlamışdır

 

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 2013-cü ilin ilk altı ayı ərzindəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov Mərkəzin 2013-cü ilin birinci yarısındakı fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etmişdir.

Bildirilmişdir ki, hesabat dövründə SAM-ın elmi-tədqiqat və elmi-təşkilati planlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. İlin birinci yarısında SAM tərəfindən "2003-2012-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri" adlı tədqiqat materialı hazırlanmışdır. Azərbaycan və rus dillərində hazırlanmış materialda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində 2003-2012-ci illərdə iqtisadi, sosial, demoqrafiyaxarici iqtisadi əlaqələr sahəsində əldə olunan uğurlar təqdim edilmişdir.

Qeyd edilmişdir ki, Fərhad Məmmədovun redaktorluğu ilə SAM-ın və Çinin Beynəlxalq Araşdırmalar Fondunun birgə hazırladıqları "Çin azərbaycanlıların gözü ilə" məqalələr toplusunda Çində təhsil almış, yaşamış və çalışmış şəxslərin bu ölkə haqqındakı təəssürat və baxışları əksini tapmışdır. Azərbaycan-Çin ikitərəfli münasibətlərinə töhfə verən həmin əsər geniş oxucu kütləsinin bu ölkə haqqında məlumatlarının artırılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

"Energy and Azerbaijan: History, Strategy and Cooperation" məqalələr toplusu isə SAM-ın, Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzinin və Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşlarının birgə səyləri nəticəsində hazırlanmışdır. Kitabda Azərbaycanın enerji siyasəti və tarixi keçmişinə, ölkəmizin milli prioritetlər və beynəlxalq öhdəliklər baxımından Avropa İttifaqının enerji siyasətində oynadığı rola, eləcə də Azərbaycan-Ukrayna əməkdaşlığının enerji sektorunda perspektivlərinə dair məqalələr toplanmışdır.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə "Strateji təhlil" jurnalının növbəti - beşinci və altıncı nömrələri dərc edilmişdir. Azərbaycanın xaricidaxili siyasəti, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinə həsr edilmiş məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektlərinə dair yeni baxışlar, Avropaya inteqrasiya, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza dair xarici siyasətinin müqayisəli təhlili əksini tapmışdır.

F.Məmmədov demişdir ki, 2013-cü ildən SAM-ın fəaliyyətinə daha bir istiqamət də əlavə edilmişdir. Bu da mərkəzin sifarişiakademik dəstəyi ilə xarici ekspertlərlə əməkdaşlığın daha da genişləndirilməsini və onların bilavasitə iştirakı ilə yeni tədqiqat mövzularının araşdırılmasını nəzərdə tutur. Bu ilin yanvar-iyun aylarında mərkəzin elmi-təşkilati işlərinin planına uyğun olaraq, SAM tərəfindən iyirmi müxtəlif tədbir təşkil edilmişdir. Onlardan 16-sı Azərbaycanda, dörd tədbir isə xaricdə keçirilmişdir. Hesabat müddətində SAM, həmçinin iki ümumrespublika konfransı və iki beynəlxalq forum da təşkil etmişdir. SAM-ın və "Azərbaycan" qəzetinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakıda keçirilmiş iki ümumrespublika konfransında Azərbaycanda dövlətçiliyin yaranması və ölkənin davamlı inkişaf yoluna çıxarılmasını təmin edən siyasi kurs, neft strategiyası, aqrar sahədə dövlət siyasəti, respublikamızın sığorta-pensiya sistemi, neft gəlirlərinin modernləşdirmə prosesiinsan kapitalının inkişafında rolu, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması və s. kimi mövzular müzakirə edilmişdir.

Vurğulanmışdır ki, hesabat dövründə SAM nümayəndə heyətinin Çinə, ABŞ-aBraziliyaya səfərləri çərçivəsində də müxtəlif tədbir və görüşlər keçirilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində 5 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanmışdır. Bu mərkəzlər arasında Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası, eləcə də Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Respublikası Beynəlxalq İqtisadi Siyasət İnstitutu vardır. 

Məruzədə qeyd edilmişdir ki, cari ilin ilk altı ayı ərzində SAM-ın əməkdaşları tərəfindən 62 qapalı xarakter daşıyan arayış, eləcə də hesabatlar hazırlanmış, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediada bir monoqrafiya və 119 məqalə çap edilmiş, 76 müsahibə verilmişdir.

Hesabat dövründə SAM-da beynəlxalq münasibətlər, siyasətşünaslıq, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyat, sosial elmlər və psixologiya, beynəlxalq jurnalistika, amerikaşünaslıq, regionşünaslıq ixtisasları üzrə tələbələr üçün nəzərdə tutulan təcrübə proqramı davam etdirilmişdir.

F.Məmmədov rəhbərlik etdiyi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətindən danışmışdır.  Bildirmişdir ki, SAM məsələ ilə bağlı fəaliyyətini bir neçə istiqamətdə həyata keçirir. Xarici ekspertlər tərəfindən Dağlıq Qarabağ münaqişənin dondurulmuş hesab edilməməsi və Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin dünya ictimaiyyətinə çatdırılması qarşıda duran əsas məsələlərdəndir.

Dünya ictimaiyyəti, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən işğalçı dövlətin cəzalandırılmadığını diqqətə çatdıran SAM-ın direktoru bildirmişdir ki, bu cəza olmadan Ermənistanın hər hansı bir kompromisə getmə imkanlarından söhbət gedə bilməz. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması nümayəndələrinin SAM tərəfindən təşkil olunan bütün beynəlxalq tədbirlərdə iştirak etdiyini qeyd edən Fərhad Məmmədov vurğulamışdır ki, bununla da icmanın səsinin ən yüksək platformalarda səsləndirilməsinə cəhd göstərilir.

 

Azərbaycan.-2013.- 26 iyul.- S.5.