Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyətə başlamasının 60 illiyi ilə əlaqədar və neft sənayesində səmərəli fəaliyyətlərinə görə təltif edilsinlər:

 

 

 

"Şöhrət" ordeni ilə

 

 Qəribov Ramazan Əli oğlu

 

 

 

"Tərəqqi" medalı ilə

 

 

Eldarov Elman Əlisəftər oğlu

Əzizov Rafiq Rəcəb oğlu

Qasımov Təyyar Hüseyn oğlu

Mehdiyev Süleyman Veysəl oğlu

Səmədov Cəbrayıl Əsədullah oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2013-cü il

Azərbaycan.-2013.- 27 iyul.- S.1.