«İcra haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 665-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.7-ci, 27.9-cu və 70.4-cü maddələrdə "10" rəqəmləri "30" rəqəmləri ilə əvəz edilsin.

2. 81.4-cü maddə (ikinci halda) 81.5-ci maddə hesab edilsin və həmin maddədə "həmin qərarın surətini aldıqdan sonra 10" sözləri "bu qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30" sözləri ilə əvəz edilsin.

3. 87.1-ci maddənin ikinci cümləsində "İcra" sözü "Bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il

Azərbaycan.-2013.- 27 iyul.- S.2.