«İcra məmurları haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 18; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 23; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 7, maddə 712; 2010, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 477, ¹ 7, maddə 584, ¹ 12, maddə 1092) 11-ci maddəsinin ikinci hissəsində "öz hərəkətlərinə" sözlərindən sonra "(hərəkətsizliyinə)" sözü əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il

Azərbaycan.-2013.- 27 iyul.- S.2.