«Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli qanununun tətbiqi və «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli fərmanının ləğvi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin qanunun 5.4-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin qanunun 5.5-ci maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısını, həmin ölçmələrə dair məcburi metroloji tələbləri, o cümlədən dəqiqlik göstəricilərini müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin qanunun 6.1-ci maddəsinə uyğun olaraq, Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin qanunun 6.2-ci maddəsinə uyğun olaraq, kəmiyyət vahidlərinin adlarını, işarələrini və yazılış qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin qanunun 7.8-ci maddəsinə uyğun olaraq, dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydalarını, kəmiyyət vahidi etalonlarına dair məcburi tələbləri və bu tələblərə uyğunluğun qiymətləndirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin qanunun 9.3-cü maddəsinə uyğun olaraq, texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin qanunun 11.3-cü maddəsinə uyğun olaraq, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın formasını və qüvvədəolma müddətini müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin qanunun 11.4-cü maddəsinə uyğun olaraq, tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin qanunun 11.9-cu maddəsinə uyğun olaraq, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydasını, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələbləri və həmin nişanların vurulma qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin qanunun 12.4-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ölçmə vasitələrinin yoxlanılması qaydasını, yoxlama nişanına dair tələbləri və yoxlama haqqında şəhadətnamənin formasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin qanunun 13.2-ci maddəsinə uyğun olaraq, layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.15. həmin qanunun 15.1.11-ci və 15.1.13-cü maddələrinə uyğun olaraq, tələbnamə və iradnamənin verilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.16. həmin qanunun 15.2-ci maddəsinə uyğun olaraq, ölçmə vasitələrinin yararsızlıq nişanının formasını və onun ölçmə vasitələrinə vurulma qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.17. həmin qanunun 15.4-cü maddəsinə uyğun olaraq, dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.18. həmin qanunun 16.3-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.19. həmin qanunun 17.6-cı maddəsinə uyğun olaraq, ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi qaydasını və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair tələbləri müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.20. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində həmin qanunun 2.4-cü, 7.2-ci, 7.3-cü, 7.5-ci, 10.2-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 11.5-ci, 12.2-ci, 12.3-cü, 15.3-cü maddələrində, 16.1-ci maddəsinin ikinci cümləsində, 17.3-cü, 17.5-ci, 18.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 4-cü maddəsində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli qanununun 5.4-cü, 5.5-ci maddələrində, 6.1-ci maddəsinin ikinci cümləsində, 6.2-ci, 7.8-ci, 9.3-cü maddələrində,11.3-cü maddəsinin ikinci cümləsində, 11.4-cü maddəsinin ikinci cümləsində, 11.9-cu maddəsinin birinci cümləsində, 12.4-cü, 12.6-cı, 13.2-ci maddələrində, 15.1.13-cü maddəsinin ikinci cümləsində, 15.2-ci, 15.4-cü, 16.3-cü və 17.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 724; 2003, ¹ 10, maddə 571; 2007, ¹ 6, maddə 601; 2009, ¹ 4, maddə 226) ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2013-cü il

Azərbaycan.-2013.- 28 iyul.- S.3.