"Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi

 partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 190             Bakı şəhəri, 19 iyul  2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 29 dekabr tarixli 802 nömrəli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Vergi partnyorluğu Sazişinin forması" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları" təsdiq edilsin  (2 nömrəli əlavə). 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

*"Vergi  partnyorluğu  Sazişinin  forması"nın  və "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq  edilməsi barədə qərara əlavənin tam mətni ilə www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.

 

Azərbaycan.-2013.- 28 iyul.- S.3.