Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının  müəyyən  edilməsi  Qaydaları (indikatorları)"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 193             Bakı şəhəri, 26 iyul 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-IVQD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 888 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 735) ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)"nın 2.2-ci bəndinin üçüncü abzası ləğv edilsin və ikinci abzasına "Azərbaycan Respublikasının Qanununa" sözlərindən sonra "və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 28 iyul.- S.3.